hacklink Adalet.az | “National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı - FOTO Adalet.az | “National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı - FOTO

4389    |   2019-08-07 10:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan "National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan "National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.

Bu barədəNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar nazirlik və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə ölkəmizin xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.

NRYTN və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

Bulinkvasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.



İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO