adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2019 10:14
20205
DÜNYA
A- A+

Madurodan şok açıqlama: Sui-qəsdi kim sifariş edib?

Venesuela Prezidenti Nikolas Maduro 2018-ci ildə ona qarşı sui-qəsd əmri verən şəxsin adını açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə RİA yazıb.

Maduro sui-qəsdlə bağlı ABŞ Prezidenti Donald Trampı ittiham edə bilməyəcəyini qeyd edib.

"Məndə sui-qəsdin Ağ Evdən Con Boltonun göstərişi əsasında təşkil edilməsinə dair sübutlar var”, - Maduro bildirib.

O, həmçinin Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin kriminal obraza və qatil düşüncəsinə sahib olduğunu bildirib.(axar.az)