adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Avqust 2019 09:15
6911
HADİSƏ
A- A+

Azərbaycanda 87 uşaq cinayət nəticəsində ölüb

Azərbaycanda 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 87 uşaq ölüb.

Adalet.az-ın məlumatına görə, ölən uşaqların 64-ü oğlan, 23-ü qız olub.

Ümumilikdə, 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7304 nəfər xəsarət alıb ki, onun 4965-i kişi, 2339-u qadın olub. Xəsarət alanların 166-sı oğlan, 68-i qız olmaqla, 234-ü uşaq olub.

Ötən il törədilmiş cinayətlər nəticəsində 1226 nəfər ölüb. Onların 895-i kişi, 331-i qadın olub.