hacklink Adalet.az | Klinika direktorunu bıçaqlayan həkim həbs edildi Adalet.az | Klinika direktorunu bıçaqlayan həkim həbs edildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Klinika direktorunu bıçaqlayan həkim həbs edildi

3367    |   2019-08-06 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 5-də Sumqayıt şəhərində yerləşən "Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Sumqayıt şəhər Polis İdarəsi və prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.

P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




İmza:

Əvəlikli umac şorbası-həm dadlı, həm faydalı

Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

Tanınmış cərrah Kamal Yusufov - 100

BDU-nun zəhərlənən tələbələrindən xəbər var

Həkim məsləhəti: ”Xaş yaxud Kəllə paça...”

Səhiyyə Nazirliyi bəzi dərmanlarla bağlı mənfi rəy, bəziləri ilə bağlı müaraciətə isə xitam verdi

Tələbə qızlara qəsd.. - Professordan şok açıqlama

Oqtay Şirəliyev tələbələrin müalicəsini nəzarətə götürdü

BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

Rəşad Mahmudov: “Hamı bu keçidin nəticəsini maraqla gözləyir”

Azərbaycanda yeni sayt fəaliyyətə başladı - “Sehhet.az”

Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO