adalet.az header logo
  • Bakı 20°C
06 Avqust 2019 12:29
18933
İDMAN
A- A+

"Qarabağ" qalib gəlsə...

Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL - "Qarabağ” oyunu Azərbaycan futbol tarixinə düşə bilər.

Premyer Liqanın son çempionu Kipr səfərində qalib gəlsə, bu, klublarımızın avrokuboklarda 100-cü qələbəsi olacaq.

Yubiley qələbəsinin astanasında olan klublarımız indiyədək 99 dəfə rəqiblərinə qalib gəlib. Bu, keçirilən 338 oyunda qeydə alınıb. Əsas və əlavə vaxtın nəzərə alındığı statistikaya əsasən komandalarımız daha çox Avropa Liqasında (əvvəl UEFA kuboku) sevinib – 67 dəfə. 23 qələbə Çempionlar Liqasına, doqquzu isə İntertoto kubokuna təsadüf edib. Təmsilçilərimiz yalnız Kuboklar kubokunda qalib gəlməyi bacarmayıblar. 99 qələbədən dördü qrup mərhələsinə, qalanları təsnifat mərhələlərində rəsmiləşib.

100-cü qələbəni qazanmaq imkanına malik olan "Qarabağ” yubiley uğurunun müəllifi ola bilməsə, əlamətdar hadisə ən azı ikigünlük təxirə salınacaq. Avqustun 8-də Avropa Liqasında mübarizəni davam etdirən "Neftçi” İsrailin "Bney Yehuda” klubunu qəbul edəcək.

İndiyədək əldə olunan 99 qələbəyə 12 klub imza atıb. "Qarabağ” hamıdan çox – 38 dəfə sevinib.

Qeyd edək ki, Azərbaycan klublarının ilk qələbəsini 1996/97 mövsümündə "Neftçi” qazanıb. Bakılılar Bolqarıstan təmsilçisi "Lokomotiv”i (Sofiya) evdə 2:1 hesabı ilə üstələyiblər (APA).