viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bu, virtual satqınlıqdır! – Yayılan “skrin”lərə MÜNASİBƏT Adalet.az | Bu, virtual satqınlıqdır! – Yayılan “skrin”lərə MÜNASİBƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bu, virtual satqınlıqdır! – Yayılan “skrin”lərə MÜNASİBƏT

4636    |   2019-08-07 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə insanların yazıçılara, xüsusən də şairlərə qarşı aqressiv olduğu çox açıq-aşkar şəkildə görünür. Onlar haqqında mənfi fikir yaratmağa çalışanlar daha çox olur.

Bunun səbəbi və ümumiyyətlə, sosial şəbəkələrdə şəxsi yazışmaların, "skrin”lərin paylaşılmasının nə dərəcə düzgün olduğu ilə bağlı sorğu keçirdik.



 Aparıcı, jurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli: "Birinci onu deyim ki, məşhur insanlarla yazışmaq adi insanlar üçün maraqlıdır. Məsələ burasındadır ki, yazı-pozu adamları sözə dəyər verdiyi üçün verdikləri cavablar da çox vaxt uzun olur, dərin olur, öz hisslərini, emosiyalarını ifadə edə bilirlər. Amma digər peşə sahibləri konkret cavablarla kifayətlənirlər. Buna görə də əlində elə bir fakt olmur ki paylaşasan. Yazıçılar bir az sadəlövhlükdən, bir az da həssaslıqdan irəli gələrək ürəklərini açıb tökürlər. Çox təəssüf ki, bundan da gələcəkdə onlara qarşı istifadə olunur. Klassiklərin sevgi məktublarını oxuyanda da bunları görə bilirik.

Gələk bu mesajların ictimailəşməsinə. Əgər inboksda yazılanlar təhdid, təhqir deyilsə, cinayət tərkibi yoxdusa, çağırış deyilsə, bunun ictimailəşdirilməsini etikadan kənar heasab edirəm. Əgər qarşı tərəf etikadan çıxırsa, həddi aşırsan ona əvvəlcə zəng vurmalısan, danışmalısan. Bunları etməmiş bloka da ta bilərsən. Amma yazışmanı davam etdirib sonra bunu skrin formasında paylaşmağın qarşındakı şəxsin ictimai nüfuzuna xələl gətirməkdən başqa məqsəd güdmür. İnanmıram ki, bu, sırf özünü qorumaq üçün atılmış addımdır. Sən yaradıcı adamla danışanda bilməlisən ki, o digərlərinə nisbətən daha emosionaldı, daha həssasdı. Bundan istifadə etmək düzgün yol deyil. Ölkədə üç-beş ortalığa çıxarası yazı-pozu adamı varsa, onları da nüfuzdan salmaq olmaz."


Yazar Əsəd bəy Qaraqaplan: "Mən həmişə "skrin”çiliyi virtual xəbərçilik, şantaşçılıq və demaqoqluq hesab eləmişəm. Yəni skrinçilik müasır xəbərçilikdir, adam satmadı. Yəni o adamlar sosial şəbəkə olmayanda bunu necə edirdilərsə, indi də bu yolla edir. Skrinçilər o əjdadlarının davamçılarıdır.

Qətiyyən yolmamalı belə şeylər və qanunla bu ciddi şəkildə tənzimlənməli və cəzalandırılmalıdır. Çünki belə şeylər çox bədbəxt hadisəyə səbəb olur və olmaq ehtimalı çoxdur.

Qaldı ki, yazarlar məsələsinə, aydındır da, ictimai yükü olan və üzdə olan adamların adı daha vayqanlıdı axı el arasında. Hamı da hər şeyi onlardan gözləyir həm də. Və üzdə olan birini şərləmək daha cazib və səs-küklüdü axı. Bunu da bu demaqoq kütlə yaxşı bilir. Nə yazıq ki, bundan qaçmağın tək yolu, bayaq dediyim kimi, qanuni yolla ciddi tənzimlənmə və cəzadır. Yoxsa nə qədər eləsən xeyri yoxdur. Göbələk kimi hər yerdən çıxırlar. Və bu müasir dövrün vəbasıdır."


Yazar, APA-nın jurnalisti Mirmehdi Ağaoğlu:"Mənə elə gəlir ki, yazarlar daha çox emosiyalara qapılırlar, hissləri ilə hərəkət edirlər, özlərini cilovlaya bilmirlər və buna görə də "skrin” fəlakətləri onların başına gəlir.

Digər tərəfdən də sosial şəbəkədə ən maraqlı adamlar yazarlardır. Bu sosial şəbəkələrdən də aslıdır. Məsələn, yazarlar instagramda yazarlar yox, müğənnilər məşhurdur və instagramda daha çox müğənnilər müzakirə olunur. Feysbukda isə müzakirə olunanlar yazarlar olur.

O ki qaldı "skrin”Lərin paylaşılmasına, düşünürəm ki, ictimai əhəmiyyəti olmayan heç bir "skrin” paylaşılmamalıdır. Əgər orda cinayət tərkibli bir mesaj, təhdid, ya təhqir yoxdursa, bunların paylaşılması qeyri-etikdir."


Şair, "Ədalət" qəzetinin jurnalisti Eminquey:"Əvvəla bunu deyim ki, cəmiyyət həmişə maraqlı adamları gündəmə çevirir. Əksər hallarda sıradan insanların dedikləri gündəm olmur. Üstəgəl, üzdə olan insanların şəxsi həyatının daima maraqda olması da bu amillərin içindədir. Və nəzərə alsaq ki, Azərbaycanda əksər gəc şairlər məhz fanat ordusu qazanmaq üçün, qızlarla münasibət qurmaq üçün şeir yazırlar, deməli, vəziyyət elə də ürəkaçan deyil. Şəxsən mənim özümə dəfələrlə xanımlar başqa şairlərin, yazarların mesajlarının skrinlərini yollayıblar. Amma heç bir halda nəinki yazarların, digər üzdə olan insanların şəxsi yazışmalarının yayılmasını, müzakirəyə çıxarılmasını qəbul etmirəm. Bütün bunlar bizim beynimizə oturan "el qınağı” deyilən anlayışdan irəli gəlir. İnsanlar elə bilirlər ki, bununla hər şey düzələcək. Bir oğlan qıza yazmasın, kimə yazsın? Burda anormal olan bircə şey var, o da oğlanın etikadan kənar nələrsə yazmağı, arsızlığı, sırtıqlığı. Bunu da deyim ki, əksərən qızlar əgər onlara yazan oğlanlar zövqlərincə olmursa, bu cür şantajlara əl atırlar. Yəni xoşlarına gələn oğlan olanda bu tərbiyəsizlik, anormallıq sayılmır."




İmza:Ulucay AKİF

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

"Relax" istirahət mərkəzindəki hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır

Şəkil çəkdirmək - Pərvanə Bayramqızı yazır

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Sərhəd mühafizəsi - dövlətin varlığı...

Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

SON XƏBƏRLƏR
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (100%)
“Linfild” (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK