viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Xor görülən “Şah İsmayıl ordeni”ndən oğurlanan “Tomris” filminə: tariximiz, cəmiyyətimiz və münasibətimiz Adalet.az | Xor görülən “Şah İsmayıl ordeni”ndən oğurlanan “Tomris” filminə: tariximiz, cəmiyyətimiz və münasibətimiz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Xor görülən “Şah İsmayıl ordeni”ndən oğurlanan “Tomris” filminə: tariximiz, cəmiyyətimiz və münasibətimiz

Dos. Dr. Zaur Əliyev, Dr. Bayram Quliyev

24046    |   2019-08-06 14:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yaxınlarda fraqmentləri yayımlanan Akan Satayevin rejissorluğu ilə çəkilmiş, ssenaristi tarixçi Timur Jaksılıkov olan "Tomris” filminin tarixi təhriflər əsasında çəkilməsi təəssüf doğurucu haldır. Bu hadisədə tək sevinəcəyim hal Tomrisin bir Türk qızı olaraq təqdim olunmasıdır. İlk baxışdan Azərbaycan tarixinin daha bir oğurlanmış parçası əsasında çəkilən "Tomris” filmi ilə "Şah İsmayıl ordeni” arasında heç bir məntiqi əlaqənin mövcudluğu görsənmir. Lakin istər tarixi olsun, istərsə də siyasi, müəyyən bir proses, digər birinin baş verməsində birbaşa olmasa da dolayı yolla rol oynadığı gerçəyini də göz ardı etmək olmaz. Bir hadisə baş veribsə bu indi yaranmağa başlamış bir proses deyil və bunun daxili və xarici olmaqla bir çox tarixi, siyası, ictimai səbəbləri mövcuddur. İlk öncə onu vurğulamağı vacib hesab edirik ki, bu məqalənin yazılmasında əsas məqsədimiz hansısa sosial şəbəkə statusuna cavab vermək deyil. Çünki, professional tarixçilikdə o halda hər hansı bir reaksiya verilir və opponent fikir söylənilir ki, o ciddi, ilkin qaynaqlar əsasında hazırlananaraq, müqayisəli təhlil üsulundan istifadə olunmuş və yeniliklərlə zəngin bir fikir olsun. Hazırda tariximiz üçün daha əhəmiyyətli hesab etdiyimiz bir sıra məsələlər mövcuddur ki, əsas diqqət ona yönəldilməlidir. Bunlardan da biri Azərbaycan tarixinin təhrif olunması və ya oğurlanmasıdır. Bunun bir çox səbəbləri mövcuddur.

Cəmiyyətimizdəki fikirlər və tarixçiliyə qeyri-ciddi yanaşma

İstər dövlət məmuru olsun, istər adicə bir fəhlə, hər kəs bu cəmiyyətin üzvüdür və onların istənilən mövzuda müvafiq sərbəst fikri mövcuddur. Söylənilən hər bir fikrə o fikir yanlış olsa belə hörmətlə yanaşmaq lazımdır. Bir fikir həqiqəti əks etdirən digər fikirlərlə bir dəfə tərs mütənasib ola bilər. Hətta bu iki dəfə də təkrarlana bilər. Lakin, bu hal daimi davam edirsə və həqiqətə uyğun deyilsə demək ki, bu ya hansısa bir qüvvələrin propaqandasıdır, ya da qeyri-peşəkarlıqdır. İstərdik ki, niyə xor görülən "Şah İsmayıl ordeni” fonunda Şah İsmayıl, şiəlik və Qızılbaşlıq məsələlərinə bir azca toxunaq. "Tomris” filmi ilə nə əlaqəsi deyə soruşmaq zərurəti hiss etdinizsə, onu vurğulayım ki, bəzi insanlar cəmiyyətdə fikir formalaşdırmaqda qismən təsir edici olur - onlar qeyri-peşəkar olsalar da. Çünki, cəmiyyətdə tarixi hadisələr və proseslər yanlış təfəkkür edilərsə, gələcəkdə tariximizin ayrılmaz hissəsi olan Tomris və Massaget tarixi kimi oğurlanacaqdır. Yəni ki, sabah Şah İsmayıl və Qızılbaşlığın mərkəzinin Orta Asiya olduğunu göstərən daha bir bədii filmin istehsalı bizi təəccübləndirməyəcək. "Yeməyənin malını yeyərlər” – demiş atalarımız, insan biganəliyinin göstərmək üçün. İndi qızılbaşlığı pisləyən tarixdən uzaq insanların mövcud olması kimi, Sovetlər Birliyi zamanında da kommunizm ideologiyasının dəyirmanına su tökən, massagetlərin və iskitlərin fars mənşəli olması fikrini dəstəkləyən insanlar yox deyildi və zənnimizcə bu hal daim var olacaq, kiminsə dəyirmanına su tökmək və kiminsə yolunun daşını təmizləmək kimi. Bu qrupa daxili proseslərə biganə qalaraq onları görməzdən gələn, təsirində olduğu ölkələrin gündəmi ilə yaşayanlar və onu azərbaycanlılara təbliğ edənlər də daxildir.

Azərbaycan tarixçiliyinin iki əsas problemi var: 1. Birinin digərinin fikrini əsaslı və ya əsassız qəbul etməməsi və nəticədə vahid fikrin formalaşmaması; 2. Əksər hallarda tarixçilərin susması və tarixlə əlaqəsi olmayanların tarixdən "professionalmış" kimi danışması; Məqaləmizdə ana xəttimiz tarix olduğu üçün bir neçə kəlimə də tarixçilik haqqında deməyi zəruri hesab edirik. Bütün universitetlərdə Tarix fakültəsi birinci kursda "Mənbəşünaslıq” və "Tarixşünaslıq” fənləri tədris olunur ki, burda da əlimizdə mövcud olan xam materialla necə davranmalı olmağımızı öyrənirik. Qısaca izah edərsək, aşağıdakı məsələlər tarixçi üçün vacibdir: mənbə nə zaman və hansı şəraitdə yaranıb; ilkin avtoqraf nüsxədirmi; əsərin necə təshih versiyası var; onlardan hansı naqis ola bilər; tərcümələrin transfoneliterasiyalardan fərqi nədir və bu yaradacağımız fikrə necə təsir edir. Adicə istinadın verilməsinin belə müxtəlif qaydaları vardır. Göründüyü ki, tarix hər hansı bir məlumatın eşidilməsi və ya hansısa bir monoqrafiyadan oxunması və anında cəmiyyətə çatdırılması qədər bəsit bir elm sahəsi deyil. Əgər siz birinci kurs tarix fakültəsində az öncə bəhs olunan kursları keçməmisinizsə, demək ki, sizin tarixi hadisələr və şəxsiyyətlər haqqında söylədiyiniz fikrinizin də heç bir əsası yoxdur və fikriniz də qeyri – peşəkar söz yığınından ibarət bir mətndir. Çox təəssüflər olsun ki, indi hər kəs Azərbaycan tarixindən danışır, aidiyyəti olan da, olmayan da. Və yazıqlar olsun ki, çoxları da onların fikirlərini Quran ayəsiymiş kimi qəbul edir, inanırlar. Təsəvvür yaransın deyə bir misal çəkmə ehtiyacı duyduq. Mühəndis düşünün, ürək qan-damar xəstəliklərinin patoloji anatomiyasından danışır. Bu cəmiyyətimiz üçün nə qədər zərərli ola bilirsə, tarixə aidiyyəti olmayanların tarixdən danışması da bir o qədər zərərli, qeyri-peşəkar və lüzumsuzdur.

Xor görülən Şah İsmayıla əsl tarixçi baxışı

Şah İsmayil və Qızılbaş ideologiyasına gəlincə ilkin qaynaqlardan heç bir sitat gətirmə ehtiyacı duymuruq. Ona görə ki, məqaləmizin məqsədi başqadır və Qızılbaşlıqla bağlı baş verənlər məqalənin ümumi məqsədinin yaranma səbəblərindən biridir. Məhz o səbəbdən bu məsələyə ötəri toxunmaqla kifayətləndik. Sufi-Dərviş cəmiyyəti, Qızılbaşlıq ideologiyası və şah I İsmayıl haqqında hər hansı bir fikir söyləmək üçün bir sıra faktorlardan xəbərdar olmaq labüddür. Məsələn, Sufizm, hürufizm və əxilik arasında nə qədər oxşarlıq və fərqlilik vardır? İslamın təməl məzhəblərindən biri olan Şiəliyin hansı qolu bu saydığımız islami cərəyanlarla qarışdı. Sufi-Dərviş cəmiyyətinin Qızılbaşlıq elementləri müxtəlif dövrlərdə nə qədər üstünlük təşkil etdi və niyə? Sufi – Dərviş cəmiyyətində nə zaman siyasiləşmə başladı və niyə? Niyə Sufi-Dərviş cəmiyyətində Sünnilik deyil Şiəlik meylləri oldu və bu təsir nə qədər oldu? İslam fiqhində bu məsələlər hansı vəziyyətdədir? Bəli. Bu suallara cavab vermədən Şah İsmayıla hansı haqla münasibət bildirilir, anlam verməkdə çətinlik çəkdiyimizi etiraf etməyə məcburuq. Bu suallara cavab vermək ən azı 10 illik tədqiqat, ərəb və fars dillərini bilərək həmin dilli ədəbiyyatlardan istifadə, Quranı bilməklə bir necə cildlik kitab yazmaqdır. Bu istiqamətdə tədqiqat aparmış alimlərin fikirləri ilkin qaynaqlara müraciət etmə zərurətini ortadan qaldırır. Şah I İsmayıl haqqında ən dəyərli fikirlər Nyu-York Elmlər Akademiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və baza təhsili tarix olan Akademik Ramiz Mehdiyevə məxsusdur. Müəllif "Tarixi idrakın elmiliyi problemlərinə dair” adlı araşdırmasında yazır: "Bəli, Şah İsmayıl Azərbaycan türklərinin dövlətini yaratmışdır. Mənim fikrimcə, bu, onun tarixi fəaliyyətinin zirvəsidir. Şah İsmayılın siyasi bioqrafiyasının bu cəhəti tarixi baxımdan bizim üçün daha mühüm, daha əhəmiyyətlidir, çünki Azərbaycan türklərinin müstəqil etnik element kimi ümumi oğuz massivindən ayrılması həmin dövrdən başlanır.” (1, s. 11). Azərbaycan Səfəvi dövlətinin etnik mənşəyi, Sufi-Dərviş cəmiyyəti, xəlifətül-xüləfa institutu haqqında müasir Azərbaycan tarixçiliyinin yeganə səfəvişünas alimi olan Prof. Dr. Zabil Bayramlının (bir çoxlarından fərqli olaraq o hərşeyşünaslıqla deyil, sadəcə Səfəvi tarixinin tədqiqi ilə məşğuldur) tədqiqatlarını xüsusi vurğulamaq lazımdır (2; 3). Müəllif "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu” adlı əsərində Məhəmməd Yusif Qəzviniyə istinadən yazır: "Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi” Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydın olur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır (2, s. 31). Şiəlik və onun Sufi-Dərviş cəmiyyətindəki təsirləri, ümumiyyətlə qızılbaşlıq haqqında ən dəyərli fikirlər hələ ilkin addımlarını yeni atmağa başlamış və müdafiə ərəfəsində olan gənc tədqiqatçı Günel Rəhimlinin araşdırmalarında daha geniş və akademik şəkildə əks olunmaqdadır (4). Bu haqda söz demək istəyən ilkin qaynaqlara baxmasa da olar, o sadəcə ən azında bu kimi tədqiqatlara baxaraq fikir formalaşdırıb, bir fikir irəli sürsə cəmiyyətimizə də xeyir vermiş olar. Oxumağı sevməyən, havadan danışan bir cəmiyyət olmasaq, tariximizdə Massaget tarixinə bənzər oğurluq halları da olmaz.

Müasir kino sənayemiz və tariximiz

İlk öncə onu vurğulamaq istərdim ki, dünyanın nadir ölkələrindənik ki, burada kinonun inkişafina prezident tərəfindən maliyyə ayrılır. Prezidentimiz cənab İlham Əliyev demək olar ki, daim bu məsələni diqqətdə saxlayır (Bax: Keçid 1.). Heç şübhəsiz ki, filmlər və seriallar da çəkilir. Hətta ictimai televiziya "Qarabağnamələr” adlı serial da çəkib (Keçid 2). Əsəri nəzərdən keçirəndə aydın olur ki, ssenaristlərdən heç biri tarixçi deyil. Məhz ona görədir ki, Ağa Məhəmməd Qacarın əsgərləri farsca danışır. Halbuki, Qacarlar dövlətinin ilkin illərində ordu Qızılbaş ordusu idi. Bu kimi faktları sadalamaqla bitməz. Hazırda bəhs etdiyimiz "Tomris” filminin ssenaristi tarixçidir və bunu da fikirlərinizin bir tərəfində saxlayın. Təəssüf ki, digər bir tarixi seralımız yoxdur. Müasir Azərbaycan kino sənayesində isə sadəcə komediya, azacıq dram və qorxu filmlərinin mövcudluğunu müşahidə edirik. Müharibə şəraitində olan və zəngin tarixə malik bir ölkədə tarixi filmlərin çəkilməməsi və buna cəmiyyətin marağının olmaması tariximizin oğurlanmasının başlıca səbəblərindən biridir. Barmaqla sayılacaq qədər keyfiyyətsiz çəkilmiş tarixi filmlərə gəldikdə isə ya tarixi tam əks etdirmir, ya aktyor işi zəifdir, ya da qrafik cəhətdən keyfiyyətsizdir və ya dil normalarına cavab vermir. ABŞ daxil olmaqla bütün ölkələrdə dövlət siyasətinin əsas silahlarından olan kinonun inkişafının zəruriliyinin əyarını daha necə göstərmək olar. "Tomris” adına gəlincə, onu xatırladaq ki, demək olar ki, Azərbaycan xaric heç bir yerdə (bəlkə Türkiyədə olar) valideynlər öz övladlarına Tomris adını bu qədər çox qoymurlar. Xalq o vaxt övladına qəhrəmanının adı qoyur ki, onun həyatında mühüm rol oynamış olsun. Ona yad olan bir qəhrəmanın adını bir insan öz övladına qoyaraq onu yaşatmaz. Təbii, dini inanca dayanan adlar istisnalıq təşkil edir. Bu etnoqrafik metod ilkin bir sübutdur ki, Tomris hansı bölgənin qəhrəmanıdır. Tomris obrazı Maestro Niyazının "Rast” baletinin əsas qəhrəmanıdır (Bax: Keçid 3). Hətta, Bakı Bələdiyyə Teatrının hazırladığı və baş rolunu mərhum Amaliya Pənahovanın oynadığı "Tomris” tamaşası da səhnələşdirilmişdir (Bax: Keçid 4). Qəribədir Azərbaycanda bütün bu işlər görülərkən Qazaxıstanda niyə Tomris xatırlanmırdı?!

İlkin tarixi qaynaqlarda Massagetlər və Tomris.

Dünya tarixşünaslığı, eləcə də Rusiya tarixşünaslığı Azərbaycan tarixinin müxtəlif dövrlərinə ikili münasibət göstərərək qeyri-peşəkarcasına yanaşırlar. Bunlardan birincisi Azərbaycan ərazilərinin Persiya ərazisi kimi göstərilməsi, ikincisi isə mədəniyyətimizin Persiya mədəniyyətinin bir parçası kimi təqdim olunmasıdır. Onların bu davranışlarını heç bir akademik fikirlə izah etmək mümkün deyildir. Bu fikirlər Massaget çarlığının tarixindən də yan keçməmişdir. İlkin qaynaqlardakı aydın faktlara rəğmən onlar Massagetləri, iskitlər kimi fars adlandırmış və onların Mərkəzi Asiyada yaşadığını iddia etmişdilər. İlk öncə Massagetlərin fars olub olmamasına aydınlıq gətirək. Herodot yazır ki, Massagetlər İskitlərə bənzəyirlər, atı qurban edirlər, mahir at çapardırlar, at əti yeyirlər, bununla bərabər balıqçılıqla da məşğuldurlar və Arazdan balıq ovalayırlar (9, s. 2267-272). Tarixdə mahir at çaparlar olan və at məhsulları ilə qidalanan yeganə millət Türklərdir. Bu fikri təsdiqləyən Prokopis erkən orta əsrlərdən etibarən Massagetlərin artıq özlərini Hunlar adlandırdığını yazır (11, s. 15).

İndi isə onların harada yaşaması ilə bağlı mübahisə doğuran məqamlara diqqət yetirək. Massagetlərin Orta Asiyada yaşaması fikrinin yaranmasının əsas səbəbi Herodotun ingiliscə çapının düzgün anlaşılmamasıdır. Halbuki, orijinala yaxın tərcümələrə diqqət yetirdikdə belə məlum olur ki, Massagetlər Xəzər dənizinin şərqindəki düzənliklərdə deyil, Qafqaz dağlarından şərqə tərəfdəki düzənlikdə yaşayırlar (9, s. 257). Çox güman ki, müəllif indiki Samur çayında Araz çayına qədər uzanan Xəzər sahili düzənliyi nəzərdə tutur. Həmçinin, müəllif Massagetləri həmişə Araz çayı ətrafında təsvir edir. Araz çayı haqqında da məlumat verən Herodot onu bərəkətli və bol balıqlı təsvir edir (9, s. 255). Bəzi qeyri-obyektiv tədqiqatçılar iddia etməkdədirlər ki, Araz çayı Oks (Ceyhun və ya Amudərya da adlanır) çayıdır. Lakin, onlar unudurlar ki, bu iki ad arasında heç bir fonetik oxşarlıq mövcud deyil. Və bütün ingilisdilli qaynaqlarda Araxes Araz çayını göstərmək üçün istifadə olunan sözdür. Əgər Herodot Persiya kralı II Kuruşun (II Kir- etik cəhətdən doğru deyil və bu ruscadan keçmədir). Araz çayı üzərində körpü inşa etdirməsi, və Massaget çarı Tomris ilə savaşması və öldürülməsi faktını yazanda (9, s. 256) başqa bir çaydan bəhs etsəydi, onu başqa cür ifadə edərdi. Çünki, iki faktın – Araz çayının təsviri ilə, II Kuruşun öldürülməsi hadisəsinin təsvirinin arasında sadəcə bir səhifə fərq var. Məntiqli yanaşarsaq, niyə müəllif Qafqazdan bəhs edərkən Mərkəzi Asiyadakı hər hansı bir hadisəni təsvir etsin. Axı yunan ədəbiyyatları müasir tarixşünaslıq kimi hadisələrə bu cür qeyri-məntiqi yanaşmırdılar. Digər bir məsələ, müəllif Araz çayından bəhs edərkən burda çoxlu balığın olduğunu yazır, eləcə də Massagetlərin qidalanmasında balığın əsas qidalardan biri olduğunu da qeyd edir (9, s. 255-257). Daha bir diqqət çəkici məqam II Kuruş sözü gedən Araz çayı ətrafında daha aktivdir, burda körpü tikdirir, 40 kanal çəkdirir və s. (9, s. 255). Axı hakimiyyəti illərində II Kuruşun Oks və ya Ceyhun çayı ətrafında aktiv bir davranışını müşahidə etmirik. Bundan başqa Ceyhun və ya Amudərya çayını Arrian Oxus kimi göstərməkdədir (10, s. 199-202). Halbuki, Arrian əsərinin başqa bir yerində Araz çayını eyniliklə Herodotun göstərdiyi kimi Araxes kimi göstərmişdir (10, s. 177). Araxes ( və ya Arakses, Araz) hidronimini müasir dövrə qədər özündə saxlayan yeganə coğrafi ad bizim Araz çayı deyilmi?! Yüzlərcə bu fikri təsdiqləyici faktlar mövcuddur və onların hamısını buraya daxil etmək uzun və yorucu ola bilər. Ümumi belə bir nəticəyə gəlmək mümkündür ki, həqiqət necə olursa olsun hər kəs görmək istədiyini görür, eşitmək istədiyini eşidir. Dünya tarixşünaslığında isə bilinməyən səbəblərdən Azərbaycana və Azərbaycan ərazisinə, onun tarixinə ikili standartlı münasibətlər mövcuddur. Bizlər isə bu kimi əsas məsələlərlə mübarizə aparmaq yerinə ya bir-birimizlə mübarizə aparır, ya da tariximizin müxtəlif dövrlərini qeyri-peşəkarlıqla tənqid etməklə məşğuluq. Əgər bir millət özü özünə dəyər verməzsə, başqası əsla ona dəyərli hiss etdirməz.

Ədəbiyyat

1. Mehdiyev R. Ə. Tarixi idrakın elmiliyi problemlərinə dair. Bakı: "Şərq-Qərb”, 2013.

2. Bayramlı Z. H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı, 2015.

3. Bayramlı Z. H. "Silsilətün-nəsəbi Səfəviyyə” əsəri Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 2019

4. Rahimli G. Background of the Kizilbash ideology // Сборник научных работ «Гилея: научный вестник». Киев, 2016, Выпуск 114 (11). стр. 137-141.

5. Keçid 1: https://president.az/articles/32112

6. Keçid 2: https://www.youtube.com/watch?v=e0eMx74E23I

7. Keçid 3: https://report.az/i-ncesenet/opera-ve-balet-teatri-maestro-niyazinin-rast-baletini-numayis-etdirecek/

8. Keçid 4: https://www.youtube.com/watch?v=RJHmHOY6_vw

9. Herodotus History in Greek with an English translation by A. D. Godley. In four volumes. Vol. 1. London, 1928.

10. The Anabasis of Alexander of Arrian. Translated from Greek by E. J. Chinnock, London, 1884.

11. Procopius: History of the Wars in Greek with an English translation by H. B. Dewing. In six volumes. Vol. 3. London, 1919.




İmza:

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Bu ilin 7 ayı ərzində Azərbaycana 1.7 milyondan çox turist gəlib

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb

Pilotun nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb - RƏSMİ

Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir

BQXK Azərbaycana keçən erməni hərbçiyə baş çəkib

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Vilayət Eyvazov əsgərlərlə nahar edib

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK