adalet.az header logo
  • Bakı 19°C
06 Avqust 2019 14:51
17547
SİYASƏT
A- A+

Tahir Rzayev: "YAP-çıları heç bir qüvvə heç zaman öz yollarından..."

Azərbaycanın sağlam qüvvələri qaim Yeni Azərbaycan Partiyasının (YAP) ətrafındadır və onları heç bir qüvvə öz yollarından döndərə bilməz.

Etikxeber.az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Tahir Rzayev adıçəkilən patiyanın İcra katibi və sədr müaviniƏli Əhmədovun YAP-çıları səfərbərliyə səsləməsinə münasibətini bildirərkəndeyib.

O, qeyd edib ki, aqressiv, rafikal müxalifətin səyləri dağldıcılıq, yalan, şantaj üzərində qurulduğuna və milli dövlətçiliyimizə zidd olduğuna görə xalqımız tərəfindən dəstəklənməyib və heç zaman da dəstəklənməyəcək.

"Artıq insanlar yalan çağrışlara, hay-küyə, populist vədlərə yox, reallıqlara, görülən işlərə, həyata keçirilən tədbirlərə inanırlar. Onlar ağı qaradan, doğrunu yalandan seçməyi daha yaxşı bacarırlar. İndi ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəlləri, həmin dövrün Azərbaycanı və azərbaycanlıları deyil. İnsanlarımız siyasi cəhətdən daha da müdrikləşib, daha da yetkinləşib.

İnsanlarımız, xalqımız ölkə rəhbərinin siyasi iradəsini qiymətləndirir, sosial- iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi gələcək həyatlarının mənası hesab edirlər. Birlik və həmrəylik uğrunda mübarizə aparırlar. Bu inamı heç bir qüvvə sarsıda bilməz. Bunu hər kəs yaxşı bilsin və qulağından sırğa etsin”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

T. Rzayev sonda bildirib ki, hər bir vətənini, dövlətini, dövlətçiliyini sevən şəxs, o cümlədən, bütün YAP üzvləri, iqtidar tərəfdarları, vətənpərvər qüvvələr Ə.Əhmədovun səsinə səs verməli, onun çağırışına dəstək verməli, səfərbər olmalıdırlar.