hacklink Adalet.az | Güclü külək Bakıda bu ərazilərdə fəsadlar törətdi Adalet.az | Güclü külək Bakıda bu ərazilərdə fəsadlar törətdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Güclü külək Bakıda bu ərazilərdə fəsadlar törətdi

1824    |   2019-08-06 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə Hallar Nazirliyi ötən gün güclü küləyin Bakı şəhərinə törətdiyi fəsadları aradan qaldırıb.

 "112” qaynar xətti”nə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub. Həmin müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər. Belə ki, qeyd edilən tarixdə Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb.

Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər. Bundan əlavə, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdıraraq vətəndaşların təhlükəsizliyini təmin ediblər.

Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.




İmza:
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK