viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv qəbul edilib Adalet.az | Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv qəbul edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv qəbul edilib

2732    |   2019-08-06 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) yarandığı vaxtdan ölkə rəhbərliyinin inkişaf və modernləşmə kursuna uyğun olaraq maliyyə bazarlarının inkişafı, tənzimləmə və nəzarət mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə əsasən tətbiq edilməsini prioritet hədəf müəyyən edib.

Qurumdan verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində Palata dünya miqyaslı beynəlxalq təşkilatlardan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına, Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq təşkilatına və nəhayət cari ilin 2 avqust tarixindən bank nəzarəti sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olmuşdur.

Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqan olub 1974-cü ildə 10 ölkə (Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Niderland, İsveç və Böyük Britaniya) tərəfindən yaradılmışdır. Bazel Konsultativ Qrupu Bazel Komitəsinin üzvləri qarşısında xüsusi öhdəlik yaratmadan nəzarət orqanları arasında vahid platformanı formalaşdırır. Bu qrupun əsas məqsədi nəzarət orqanları arasında müzakirələr formatında bank nəzarəti məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsidir. Konsultativ Qrup tərəfindən bank nəzarəti sahəsində formalaşdırılan təkliflər isə Bazel Komitəsinə təqdim oluna bilir.

Konsultativ Qrupa üzv olan ölkə isə hazırda 29 ölkənin təmsil olunduğu geniş dialoq platforması çərçivəsində qabaqcıl beynəlxalq nəzarət təcrübələrini öyrənmək imkanını əldə edə bilir. Hazırda qonşu və regional ölkələrdən Gürcüstan, Qazaxıstan və Ukraynanın maliyyə nəzarət orqanları Bazel Konsultativ Qrupunun üzvləridir. Palatanın Bazel Konsultativ Qrupuna üzv qəbul olunması ölkədə maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması istiqamətində aparılan islahatların beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin bir göstəricisidir.

Konsultativ Qrupa üzv olmaq Palatanı geniş dialoq platformasına çıxarmaqla bank sistemi üzrə təmzimləmə və nəzarət sahəsində qabaqcıl ölkələrin təcrübələrindən yararlanmağa, bu sahədə ölkədə mövcud qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına, habelə Bazel Komitəsində təkliflərlə çıxış etməyə imkan verəcəkdir.




İmza:

Azərbaycanda gələn ildən aqrar sığorta mexanizmi işə salınacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər

Bu il Azərbaycandan ixrac edilmiş məhsulların dəyəri 12 milyard dollardan çox olub

Bu il Azərbaycanda ÜDM 44 milyard manatı ötüb

Avqustun 16-da xarici valyutaların manata qarşı məzənnələri

"Bu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb" - Nazir

Ölkədə iyulda gündəlik neft hasilatı 778 min barrel olub

ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 tondur

Azərbaycanda nağd pul kütləsi azalıb - SƏBƏB?

Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv qəbul edilib

“SOCAR Metanol” zavodunda 710 min tondan çox metanol istehsal edilib

Rumıniya "Cənub Qaz Dəhlizi"nin genişlənməsində iştirak edəcək

SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK