adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Avqust 2019 11:14
8553
MƏMLƏKƏT
A- A+

Dəniz Ticarət Limanı proqam təminatının satın alınması üzrə açıq müsabiqə elan edir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti "Müqavilələrin idarə olunması” məqsədilə proqam təminatının satın alınması üzrə açıq müsabiqə elan edir.

Qurumdan  verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 20 avqust 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 26 avqust 2019-cu il saat 17.00-dək "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Təklif zərflər 27 avqust 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1402).