adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Avqust 2019 10:44
19607
DÜNYA
A- A+

Daha bir ölkə “Hörmüz koalisiyası”na qoşuldu

Britaniya ABŞ-ın Hörmüz boğazıyla bağlı yaratdığı beynəlxalq koalisiyaya qoşulub.

Adalet.az xəbər verir ki, bu məlumatı Britaniya Müdafiə Nazirliyi yayıb.

Nazirlik kral donanmasının Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Norveç, Almaniya, Fransa, Britaniya və digər ölkələrə koalisiyaya qoşulmaq barədə dəvət göndərdiyini bəyan etmişdi. Almaniya və Fransa bu koalisiyaya qoşulmayacağını açıqlamışdı.