5 rayonun kənd və qəsəbələrində qaz təchizatı dayandırılıb
Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.
"Azəriqaz” İstehsalat Birliyindən Adalet.az-a verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.
Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24