Sumqayıtda silsilə oğurluqlar edən iki şəxs saxlanılıb
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib.
Məlumatda bildirilir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində may-iyul ayları ərzində şəhər ərazisindəki 7 avtomobildən, habelə 2 evdən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Digər Xəbərlər
24 Aprel 2024 11:16