adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Avqust 2019 17:39
5655
HADİSƏ
A- A+

Gürcüstandan gələn maşında siqaret və telefon aksesuarları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının oturacaqlarının altından və yük yerindən 2400 ədəd "King" markalı siqaret, 3 ədəd üzərində "Mi 9" yazısı olan telefon qutusu, 3 ədəd USB və qidalandırıcı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.​