adalet.az header logo
  • Bakı 13°C
05 Avqust 2019 17:35
24691
DÜNYA
A- A+

Rusiyada hərbi bazada partlayış: uşaq yaralandı - YENİLƏNİB + VİDEO

Açinsk rayonunda yerləşən hərbi bazanın artilleriya anbarında baş verən partlayışda dörd nəfər xəsarət alıb.

"Ria Novosti” xəbər verir ki, yaralananlardan biri uşaqdır.

Səhiyyə Nazirliyi faktı hələ təsdiqləməyib.

Rusiya Müdafiə naziri Serqey Şoyqunun əmri iləhadisə yerinə çox sayda mütəxəssislər göndərilib.

Partlayış baş verən anbarda 40 min mərminin olduğu bildirilir.

Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrində yaşayanların təxliyəsinə qərar verilib.

Onların təxliyəsi üçün çox sayda avtobus göndərilib.

16:40

Rusiya Federasiyasının Krasnoyarsk vilayətindəki Açinsk rayonunda yerləşən hərbi bazanın artilleriya anbarında partlayış baş verib.

TASSxəbər verir ki, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hazırda yerli sakinlər təxliyə olunur. Əraziyə təxliyə üçün avtobuslar göndərilib.

Bu barədə rayonun növbətçi-dispetçer xidmətindən məlumat verilib.

Agentlik rəsmiləri bildirib ki, təxliyə artıq başlayıb. Hadisənin hərbi hissədə baş verdiyi qeyd edilib.

Əldə edilən digər məlumata görə, yanğın baş verən əraziyə yanğınsöndürən maşınlar cəlb edilib.

Hələlik iki nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat daxil olub.(oxu.az)