Əbülfət MƏDƏTOĞLU: ŞEİRİ DƏ ÖZÜNÜN OXŞARI OLAN ŞAİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
53065 | 2019-08-05 17:21

Öncədəndeyim ki, Xosrov Natili mənə tanıdan, sevdirən və yaradıcılığını izləməyə yönəldənşair dostum rəhmətlik Vahid Əlifoğlu olubdu. Mən bu gün də Xosrov Natillə görüşəndəvahid gəlib dayanır gözümün önündə. Və onu da deyim ki, bunların hər ikisininsöhbətlərində, mövzularında, hətta jestlərində bir oxşarlıq var. İkisi də sankiöz sadəlikləri, öz kəndə, toprağa bağlılıqlarını özləri ilə birlikdə olduqlarıhər yerə daşıyırlar. Ona görə də nə ütülü danışmırlar, nə də yazmırlar. Necəvar olublar, elə də qalırlar – biri xatirəmdə,yaddaşımda, biri də gözümün önündə...

Bəli, ötənayın əvvəlləri idi. "Azərbaycann nəşriyyatının birinci mərtəbəsində görüşdük.Ona qədər artıq xəbər tutmuşdum və hətta "Ədalət”də oxuculara bilgi vermişdikki, Xosrov Natilin yeni kitabı işıq üzü görəcək, izləyin, imza günündə iştirakedin! Bax, bu səbəbdən görüşən kimi mən də səbrsizlik edib soruşdum ki, mənimkitab payımı gətirmisənmi? Cavabı daqısa oldu:

- Həqağa, sənə də, Azər Abdullaya da kitab gətirmişəm...

Yavaşca əlçantasını açdı, içərisində cəmi yarım cümlə avtoqraf olan kitabı mənəbağışladı. Bax, bu da onun özünəməxsusluğununbir əlamətidi. Sağollaşıb ayrıldıq. Otağıma qayıdan kimi kitabı gözumuluaçdım. İlk oxuduğum şeir öncə yazdıqlarımın təsdiqini göstərən bir ipucu olu. Vəmən həmin ipucundan tutub oxuculara tərəf yol getdim. Xosrov yazıb ki:


Məni sevənlərimdünyada yoxdu,

Hələdoğulmayıb məni sevənlər.

Yüz il də,min il də dayanım, durum,

Məni sevəbilməzsən, yavrum.


Əllərimyaraşmır ağ əllərinə,

Saçınınbəyazı rəngimə düşmür.

Ömrümə,günüm yüz sığal vurum,

Məni sevəbilməzsən, yavrum.


Gözümüniçinə bir qadın ağlar

Axşamımoxşamır axşamlarına.

Səhərim ümidsiz,Allahım yorğun,

Məni sevə bilməzsən, yavrum.

Doğrusunudeyim ki, bu şeiri bir neçə dəfə oxudum. Çünki son vaxtlar məni daha çox özünəçəkən və bir az da tərki dünya edən duyğular, xatirələr əlimdən tutub məniuzaqlara aparır. O uzaqlara ki, orda hər şey öz rəngində, öz təbii çalarında...Sən də ki, öz sevgi pıçıltılarında... Bax, bunların cəmində mənim həyatım, mənimsevgiyə və ədəbiyyatın mənə yaşatdıqlarına bir təşəkkür görürəm. Ona görə dəsözün qüdrətinə minnətdarlıq hissim bir az da artır.

Bir sətrimidizi üstə yazmışam,

Bir sətrimiüzü üstə.

Bəzənalaqaranlıq otaqda

sətirlərimdüşüb üst-üstə.

Fikirlərimyeyib məni

qaralmışamiçin-için.

Bəzən əlindəqalmışam adi sevincin.

Bəzənilhamı boğmuşam,

qəhərimiboğan kimi.

Nəsəyazmaq istəmişəm

gözdənoğurlanan kimi.

Yenəyazıram

rəğbətlibir şey yazmasam da,

onsuz daolmayıb yazı masam da.

Bir sərtimidizi üstə yazmışam,

bir sətrimiüzü üstə.

Bəli, buəslində sözün çəkdiyi portretdi, rəsmdi. Yəni sözlə çəkilmiş rəsm əsəridi. O rəsməbaxırsan, xəyalından o mənzərəyə uyğun müxtəlif fikirlər gəlib keçir və nəhayətsən nə axtardığını və həm də niyə axtardığını tapmış bir Allah bəndəsi kimiözün də hiss etmədən pıçıldayırsan:


- Hə,gözəldi... çox gözəldi!..

XosrovNatilin həyat yolundan xəbərdar olanlar bilir ki, o, ali təhsilini, yənidiplomunu Gəncədə alsa da, sözə xeyir-duasını Gəncə ədəbi mühitinin ağsaqqalıolan Qərib Mehdidən alıb. Ona görə də onun şeirlərində, hətta publisistyazılarında Gəncəyə, Qərib müəllimə, həmin mühitdən çıxanlara xüsusi bir sayğıvar. Elə bu kitabında da Xosrov həmin mövzudan yan keçməyib. Üstəlik, yurdnisgili, qaçqın həyatı, didərgin taleyi onun üçün təkcə həyatın özü deyil. Həmdə o həyatın hardasa bir sısqa bulağı kimi ürəyinə, ilhamına axıb gələn şirəarxıdı. Onun qələmini həmin o şirə elə qidalandırır ki, söz birbaşapardaqlayır. Ürəyi həm sıxır, həm də daha çox döyünməyə, daha çox özünüifadəetməyə kökləyir.


Ağzımıaçıb, gözümü yumub,

Çıxarımyadımdan, çıxsın öz adım.

Dişimindibindən çıxanı deyim,

Mübarəksözündən bəxti isladım.


İçimdə nəqədər sözlər çürüyüb,

Bir günçəxardacaq üzə bilirəm.

Ya ürək...ya başqa bir dərdinən,

Hələ ki,bu yaşda dözə bilirəm.


Sitəmayaqladım, kədər daşıdım,

Azadlıq vergisi verdim ömrümə.

Olubqalanını düşmənə verib,

Bıçaq dirədilərbel sümüyümə.


XosrovNatilin bu şeirini şərh etmək mənim üçün bir oxucu kimi öz ürəyində olanı, özdüşündüyümü demək qədər asandı. Çünki burdakı bütün ovqat mənə özüm qədəryaxındı. Bu düşüncələr bu və ya digər formada mənim də içimdən gəlib keçibdi.Amma bu bir həqiqətdi ki, həmin o düşüncənin sözə çevrilmiş, şeirləşmişformasını ədəbiyyatşünaslar, ədəbiyyat araşdırmaçıları şərh etməlidilər. Ondatam mənada hər kəs görər ki, bəzən adam ağzını açıb danışmağa da ərinir vəyaxud da bəzən də ağzını açıb gözünü yumub içindəkiləri gücü, heyi çatana qədər danışır, deyir... Amma içi boşalmır. Çünkiorda yığılıb qalan ağrı-acı, kədər, vaxtında deməyə tərəddüd etdiyim və yaxudgecikdiyin nə varsa hamısı qat-qatsı, lay-laydı. Sonda onlar... çürüyür... həm dəömrü çürüdür!

Mən dəyərlidostum Xosrov Natilin "Ovcumun içində buğda dənəsi” adlı kitabı barəsindəfikirlərimi atüstü tamamlamaq üçün onun çox maraqlı şeirlərindən biri olan və oşeirlərdə qaçqın şairin yaşamını oxucuya çatdıran ştrixlərə üz tuturam. Xosrovyazır ki:

Adımqaçqınlıq-köçkünlük yazıb,

Bəlkə dəyazdığım üçgünlük yazıb,

Mənim buşəhərdə nə gorgah qazıb,

Nə evqaralamaq qismətim deyil,

Hələqeydiyyatsız yaşayıram mən.


Mən birüzüyola kənd uşağıyam,

Mənim buşəhərdə neçə yaşım var,

Mənim uşaqlarım şəhər uşağı,

Özüm kənuşağı, kənd uşağıyam.


Vəyaxud:


Adamovuna çıxıb,

bu gün dənizdəqasırğa var

dalğa-dalğaşir bətni,

torpağayerikləyir hamilə dəniz

qumlarınüstünə qalxır ləpələr

ölübalıq kimi ağarır

qırmızıqərənfillər

Birçimdik torpaq atın

göysularən üstünə -

gözüdolusu görsün barı

Şuşanı...Zəngilanı.

İşğalolunmuş bir çimdik qara torpaq

kimdəvar...hanı?


Gəlindüşünək və hərəmiz öz bildiyimiz kimi yozaq bu şeirləri... onun qatlarınaözümüq enək... Kimsə əlimizdən tutmasın... yol göstərməsin... Hərəmiz özağlımızla, öz baxış bucağımızla Xosrov Natilin şeir dünyasının qapısından keçəkiçəri... Mənə elə gəlir ki, o qapı əsl oxucuların üzünə həmişə açıqdı!..

Hə,qarda, sənə də bu kitaba görə, bir atüstü təşəkkür! Kitabı birlikdə oxumağa yəqin zamanımız olacaq.

TƏQVİM / ARXİV