adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Avqust 2019 17:02
28654
ƏDƏBİYYAT
A- A+

TOY GÜNÜNÜN SƏHƏRİ

Aytikə püstə evindən çıxıb doqqazın ağzında dayananda kəndi ovcunun içi kimi görürdü. Ona görə ki, evi lap dikdəydi və yazda sel-su Toğanağı götürəndə təhlükə arvadın evindən yan keçirdi. Kiçik oğlu Əliyusifin yaşından tikilmiş evi köhnə olsa da, möhkəm idi: divarları çiy kərpicdən hörüldüyü üçün qışı isti, yayısa sərin olardı. Aytikə püstə heç şah sarayına da dəyişməzdi evini. Övladları Əlikramla Əliyusif Toğanağın yaxınlığında yerləşən şəhər tipli qəsəbədə ev-eşik qurandan və köçlərini təzə evə aparandan sonra anaları kənddə tək yaşayırdı. Amma buna tək yaşamaq da demək olmazdı, balaları Aytikə püstəyə hər gün, hər gün də olmasa iki gündən bir gəlib baş çəkirdilər.

Axır vaxtlar ürəyi tez-tez sıxılırdı. Bunun səbəbi tək yaşamağında deyildi. Kəndin bir bölük adamı qeyb olmuşdu. Hanı həyət-bacada iş-güc görən enli kürəkli nər oğlanlar, hanı ağır taxtalı, ağır yerişli kişilər? Arvadı dərdə salan, ürəyinin başını köz edən də bunlar idi. Qırx birin davasında da beləydi. Bir
başı papaqlı qalmamışdı kənddə. Kəndin kişilərini müharibə aparmışdı. Qızğın dava gedirdi. Davadan məktublar gəlirdi qarası da, güllüsüdə. İndi ərlərinin, oğullarının yolunu gözləyən kəndin arvadları o məktuba da həsrət idilər. Gedənlərdən xəbər çıxmırdı, ya da ürəyi yuxalılardan birinin hərdənbir pulundan-parasından gəlirdi. Vəssəlam.

Aytikə püstə köksünü ötürüb evinə keçdi. Evdə kətilin üstünə qoyduğu şirniyyatı görəndə yadına düşdü ki, xəstə yanına gedəcək. Hava bürkülüydü. Günəş qürubda gizlənsə də, günortanın istisi hələ də çəkilməmişdi. Arvad xırda güllü çadrasını dolabın gözündən çıxarıb başına atdı. Yaşıdı Yasəmən arvad soyuqlamışdı. Oğlanları gəlməmiş gedib arvada baş çəkmək istəyirdi. İstəmirdi Əlikramla Əliyusif gəlib analarını evdə tapmayanda nigaran qalsınlar, həm də simiclikdə ataları Fətulla kişiyə çəkdiklərindən onların yanında evdən bir şey götürə bilmirdi, o saat ikisi də düşürdülər üstünə ki, sən evdə day şey qoymadın ki, ay nənə. – Analarına körpəlikdən «nənə» deyirdilər. Aytikə püstə qapısını çəkmək istəyəndə gözü toyuq-cücəyə sataşdı. Aralarındakı yeganə xoruz toyuqların yanında saymazyana, sinəsini qabağa verib şəstlə gəzişirdi. Arvadın axır vaxtlar qonşunun həyətinə dadanan xoruzdan zəhləsi gedirdi. Yanından keçəndə hirsli, - hamınız bir bezin qırağısınız – deyib xoruza bir təpik ilişdirdi. Sonra nə fikirləşdisə qayıdıb evin məhəccərinə söykədiyi torbadan bir ovuc dən götürüb toyuq-cücənin qabağına səpələdi. Xoruz qaqqıldayıb toyuq-cücədən qabaq özünü dənə çatdırdı. Ay