adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Avqust 2019 16:26
5939
HADİSƏ
A- A+

Sumqayıtda zavod ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.​

XXX

14:16

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən ilkin məlumata əsasən, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.