adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Avqust 2019 14:29
9093
GÜNDƏM
A- A+

Dənizdə işlər dayandı, 700-ə yaxın işçi təxliyə edildi - Küləyə görə

Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb.

Bu barədə"Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərdə yerləşdirilib:

"SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyə edilib”.