adalet.az header logo
  • Bakı 21°C
05 Avqust 2019 14:10
10176
GÜNDƏM
A- A+

Külək AZAL-ın işinə təsir edib? - AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.

Bu barədə "Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:

"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.(trend)