adalet.az header logo
  • Bakı 13°C
05 Avqust 2019 14:08
12903
SAĞLAMLIQ
A- A+

Yay tətili günlərində günəş vannalarından maksimum faydalanmaq lazımdır

"Yay mövsümündə Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının travmatoloq-ortoped Dr. Ramin Rzayev "Yay mövsümündə pasiyentlərimizə nə tövsiyə edə bilərsiniz?” sualını cavablandırıb.

- Bildiyimiz kimi, günəşli günləri çox olan ölkədə yaşayırıq və buna baxmayaraq müasir dövrdə texnologiya inkişaf etdikcə il ərzində gündəlik həyatımızda günəş şüalarından getdikcə az faydalanırıq. Günəş şüalarının qəbulunun azlığı orqanizmdə vitamin D-nin (kolekalsiferol) və vitamin D_2 (erqokalsiferol) çatışmamazlığına gətirir, hansılar ki, bağırsaqlardan kalsium, fosforun sorulmasında iştirak edir və dayaq-hərəkət aparatımızın sağlamlığında vacib rola malikdirlər.

Vitamin D eyni zamanda maddələr mübadiləsində və bir çox digər hormonların sintezində iştirak edir və digər faydalı funksiyalar daşıyır. Vitamin D_2 ancaq qida ilə qəbul olduğu halda, vitamin D_3 dəridə günəşin ultrabənövşəyi şüalarının təsiri nəticəsində yaranır.

Biz ortoped-travmataloqlar vitamin D-nin çatışmamazlığını dərman forması şəklində təyinatı ilə korreksiya etmək məcburiyyətində qalırıq. Onun üçün yay tətili günlərində hər hansı bir əks göstəriş yoxdursa günəş vannalarından maksimum faydalanmağı tövsiyə edirəm.

Eyni zamanda yay tətili vaxtı passiv istirahətdən çox, aktiv istirahətə üstünlük verməyi, dayaq-hərəkət sistemini - xüsusən də əzələ-bağ aparatını möhkəmləndirmək üçün su idman növlərindən istifadə etməyi tövsiyə edərdim. İdman etdiyiniz zaman arzuolunmaz travmalardan qorunun!..