adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Avqust 2019 13:23
43407
MƏDƏNİYYƏT
A- A+

Səhhəti ağırlaşan aktyor: “Qarşısı alınmasa, əl və ayaqlarda...”

Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir.

Adalet.az xəbər verir ki, Publika.az-aaçıqlama verən aktyor səhhətinin hazırkı vəziyyətindən danışıb:

"2 il əvvəl əlim əsməyə başladı. Əsəblə bağlı xəstəlikdir. Müalicə etsəm də, heç bir xeyri olmadı. Bildiyiniz kimi parkinson xəstəliyinin müalicəsi yoxdur, sadəcə digər orqanlara keçməsinin qarşısı alına bilər. Əgər qarşısı alınmazsa, xəstəlik növbəti mərhələdə əllər və ayaqlarda yarana bilər. Xəstəliyin aradan qaldırılması üçün bildiyim qədəri ilə beyində əməliyyat edilir. Lakin bu əməliyyat xaricdə aparılır və çox bahadır”.

Heç yerdə işləmədiyini deyən aktyor onunla yalnız tanışlarının maraqlandığını qeyd edib.