adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Avqust 2019 13:07
10102
MƏMLƏKƏT
A- A+

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.