hacklink Adalet.az | BŞİH xəbərdarlıq etdi: İndi ağacların aşma təhlükəsi daha çoxdur, çünki... Adalet.az | BŞİH xəbərdarlıq etdi: İndi ağacların aşma təhlükəsi daha çoxdur, çünki... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

BŞİH xəbərdarlıq etdi: İndi ağacların aşma təhlükəsi daha çoxdur, çünki...

3597    |   2019-08-05 12:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda yay dövrü olduğundan yarpaqla yüklü olması onların aşma ehtimalını artırır.

Belə külək hətta sağlam ağacları da aşıra bilər: "İndi ağaclar yarpaqlarla yüklü olduğu üçün onların aşma təhlükəsi əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO