adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Avqust 2019 10:59
9909
MƏMLƏKƏT
A- A+

Tovuz, Ağstafa və Qazaxda qaz təchizatı dayandırılıb

Bu gün saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Adalet.az-a "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda, həmçinin qeyd edilib ki, bu gün saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı məhdudlaşdırılıb.