adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Avqust 2019 10:57
15748
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: DİNCƏLSİN

Gözünü qabar etmişəm
Gedirəm, gözün dincəlsin...
Dilində yaman bitmişəm -
Gedirəm, sözün dincəlsin...

Rahatlıq gəlsin ömrünə
Toxunur kölgəm sinrinə!..
Səbr diləyib, səbrinə -
Gedirəm, dözüm dincəlsin...

Mənə edilən hücumda ,
Pis olma qardaş, bacınla...
Yüklənib ağrı, acıyla-
Məndəki özün - dincəlsin!

Əbülfət ümid olmadı
Sildin dilindən o adı!
Ona yandırdığın odu -
Söndür, qoy közün dincəlsin!..