adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Avqust 2019 10:39
7437
GÜNDƏM
A- A+

Neftçala sakini həmyerlisini döyərək qətlə yetirib

Avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.