adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Avqust 2019 17:40
8273
GÜNDƏM
A- A+

“Səhra mətbəxi” müsabiqəsinə start verildi

"Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən və Azərbaycan hərbi aşpazlarının da iştirak etdiyi "Səhra mətbəxi” müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirir.

Yarışlar çərçivəsində "Dostluq evi”ndə Azərbaycanın hərbi aşpazları tərəfindən hazırlanan müxtəlif milli yeməklərimiz yarış iştirakçılarına və qonaqlara təqdim edilir.