adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Avqust 2019 19:50
15346
SİYASƏT
A- A+

ABŞ-ın bu addımı silahlanmaya səbəb ola bilər - Qazaxıstan

Qazaxıstan ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxmasından narahatdır.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Razılaşmanın ləğvi qlobal miqyasda ciddi nəticələri olan yeni bir silahlanma yarışına səbəb ola bilər", - açıqlamada bildirilib.

Qeyd edək ki, Rusiya və ABŞ sözügedən razılaşmadan çıxdıqlarını elan ediblər. Bu razılaşma 1987-ci ildə SSRİ və ABŞ arasında bağlanıb. Müqaviləyə əsasən, tərəflər yaxın və orta mənzilli qanadlı və ballistik raketləri məhv etməliydilər.

Fevralın 2-də ABŞ Moskvaya razılaşmanın şərtlərinə əməl etməsi üçün 6 ay vaxt verdiyini, əks təqdirdə müqavilədən çıxacağını açıqlamışdı.(axar.az)