adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Avqust 2019 18:58
9335
HADİSƏ
A- A+

“Sədərək”dəki yanğında yeddi nəfər xəsarət alıb - YENİLƏNİB

Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub.

Yanğın zamanı yeddi nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə şikayəti ilə Respublika Toksokologiya Mərkəzinə yerləşdirilib.(oxu.az)

17:10

Qaradağ rayonu ərazisində "Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Adalet.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.