adalet.az header logo
  • Bakı 20°C
04 Avqust 2019 17:12
9508
GÜNDƏM
A- A+

Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşına bilər

Azərbaycanla İran arasında dəniz vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və İran yol və şəhər inkişafı naziri Məhəmməd Eslami arasında keçirilən görüşün gündəliyinə daxil edilib.

Təklif Xəzər dənizində Azərbaycan limanları ilə İranın şimalındakı limanlar arasında sərnişin daşınmasının həyata keçirilməsini, iki ölkə arasında bu sahədə dəniz əlaqəsinin yaradılmasını əhatə edir.