adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Avqust 2019 17:05
8506
MƏMLƏKƏT
A- A+

Azərbaycanda şərab istehsalı artacaq

Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan "Azgranata” şirkəti bu ilin sonunadək istehsal həcmini genişləndirəcək.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən deyiblər. Mənbənin sözlərinə görə, hazırda müəssisədə bir neçə növ şərab məhsulu, o cümlədən 3 növ spirtsiz şərab istehsal olunur:

"Daxili bazarda bizim məhsulumuza böyük tələbat var, satış həcmləri ildən-ilə artır. Bu ilin əvvəlindən satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15-20 faiz artıb, 2017-ci illə müqayisədə isə artım 25 faiz təşkil edib”.

Şirkətdən bildiriblər ki, planlara ixrac tədarükünün artırılması da daxildir:

"Biz Rusiyaya şərab məhsulunun ixracını artırmağı planlaşdırırıq, çünki bu bazarda böyük tələbat var. İlk növbədə, söhbət quru marka şərabların ixracından gedir”.