adalet.az header logo
  • Bakı 11°C
04 Avqust 2019 16:55
17810
MARAQLI
A- A+

Şamanlar Sibirə yağış yağdırmaq üçün ayin keçirirlər

Rusiyanın İrkutsk vilayətində, Olxon gölü ətrafında toplaşan şamanların yanmaqda olan Sibir meşələri üçün Tanrıdan yaöış diləyiblər.

Adalet.az-ın "Ren.TV"-yə istinadən verdiyi xəbərə görə, şamanlar tozağaclarının ətrafında dövrə vuraraq, müxtəlif ayinlər həyata keçiriblər.

"Tengeri" təşkilatının təşkilatçıığı ilə keçirilən mərasimə Buryatiyadan, Baykal gölü ətrafından və İrkutsk ətrafından xeyli şaman toplaşıb. Onlar eyni zamanda Tanrıdan dünya üçün əmin-amanlıq və sülh istəyəcəklər.

Xatırladaq ki, rəsmi məlumatlara görə, Rusiyada meşə yanğınlarının həcmi bir gün ərzində təxminən 171 ha azalıb.

Bir gün əvvəl yanan ərazinin həcmi 3,107 milyon ha idi, bu gün üçünsə göstərici 2,935 ha-yadək azalıb. Müvafiq qurumlar 217 ha ərazidə 31 meşə yanğınının qarşısını alıblar.(oxu.az)