adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Avqust 2019 16:00
25601
SİYASƏT
A- A+

Azərbaycan XİN ABŞ-da atışmalar zamanı ölənlərin ailələrinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın El-Paso (Texas ştatı) və Deyton (Ohayo ştatı) şəhərlərində baş verən atışmalar nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Bu barədə XİN-in "Twitter” səhifəsində deyilir.

Məlumatda bildirilir: "Biz Texasın El-Paso şəhərində və Ohayo ştatının Deyton şəhərlərində baş verən atışmalar nəticəsində günahsız insanların ölümü və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik".

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Daha bir atışma ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verib. İnsident nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.