adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Avqust 2019 15:29
16185
MARAQLI
A- A+

Səmasında üç “günəş” görünən planet tapıldı

NASA astronomları üzərində üç "günəş” görünən planet aşkar ediblər.

Astronews.ru bildirir ki, planetə LTT 1445Ab adı verilib.

Planetin yerləşdiyi sistem Yerdən 22,5 işıq ili məsafəsindədir.

"Bu "günəş”lərdən ikisi çox uzaq məsafədə yerləşir və səmadan baxan iki qorxunc qırmızı gözə bənzəyir”, - ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzinin astronomu Cennifer Vinters bildirib.

TESS peyki vasitəsilə toplanmış məlumatları analiz etdikdən sonra, alimlər planetin Yerdən təxminən 3 dəfə böyük və 8 dəfə ağır, səthinin isə qayalıq olduğunu müəyyən ediblər. Səthinin temperaturu 160 dərəcə selsi olan planet sistemin ulduzlarından birinin ətrafında 5 sutka ərzində dövrə vurur.

Alimlər hələ ki, planetin atmosferini analiz edə bilmirlər.