adalet.az header logo
  • Bakı 13°C
04 Avqust 2019 14:57
12016
SAĞLAMLIQ
A- A+

Bu virusa yoluxan hər 10 insandan 9 nəfəri öz xəstəliyindən xəbərsizdir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, dünyada 325 milyon insan Hepatit B və Hepatit C virusu daşıyıcısıdır.

"Habertürk” xəbər verir ki, ÜST "2019 Dünya Hepatit Günü”ndə bütün ölkələri və ortaqlarını "Hepatitləri yox etmək üçün yatırım edək” şüarı ilə kampaniyaya başlamağa səsləyib.

Hepatit virusuna sahib olan hər 10 nəfərdən 9-u bu xəstəliyə sahib olduğundan xəbərsiz olaraq yaşayır.

Dünyada olduqca geniş yayılan və ölkələrin iqtisadiyyatına öz təsirini göstərən, insan həyatına ciddi təhlükə yaradan bu virusa yoluxan insanların bir çoxu xəstəliklərinin fərqində deyillər. Bu isə, həmin insanların həyatının təhlükədə olması deməkdir. Bununla əlaqədar olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hepatit viruslarına qarşı dünya miqyasında fərqlilik yaratmaq üçün "28 İyul”u "Dünya Hepatit Günü” olaraq qəbul edib. Bu çərçivədə ÜST, "2019 Dünya Hepatit Günü”ndə bütün ölkələrə və ortaqlarına "Hepatiti yox edək” çağırışı ilə müraciət edib.

Qaraciyərin iltihabı ilə bilinən hepatit xəstəliyinin yaranmasının ən böyük səbəbi kimi viral infeksiyalar götərilir. Bu xəstəliyin yaranmasına səbəb olan viruslar isə, Hepatit A (HAV), Hepatit B (HBV), Hepatit C (HCV), Hepatit D (HDV) və Hepatit E (HEV) olmaq üzrə 5 kateqoriyaya ayrılır. Ancaq bunlardan ən çox ölümə səbəb olanı HBV, HCV viruslarıdır.


Dünya miqyasında 325 milyon insan Hepatit B və C virusları ilə yaşayır

ÜST-nin son araşdırmalarına görə, dünya miqyasında 325 milyon insan Hepatit B və C-dən əziyyət çəkir. Bundan başqa, hepatit virusunun daşıyıcsı olan təqribən 300 milyon insan, bu virusun daşıyıcısı olduğundan xəbərsizdir.

Hepatit virusları səbəbilə dünyada xroniki ağciyər xəstəlikləri və xərçəng nəticəsində ölüm riski ilə qarşı-qarşıya olan milyonlarla insan var. ÜST-ün son araşdırmalarında qeyd edilir ki, tuberklyozdan sonra, ən çox ölümə səbəb olan ikinci yoluxucu xəstəlik olan hepatit xəstəliyi hər il 1.4 milyon insanın həyatına son qoyur. Bununla yanaşı, viral (cinsi yolla keçən) hepatitlər, serroz və qaraciyər xərçəngi səbəbilə baş verən ölümlərin 3-də ikisinə səbəb olur.


2030-ci ilə qədər hepatitin aradan qaldırılması üçün çalışmalara başlanılıb

Digər bir məlumata görə, ÜST dünya miqyasında hepatit virusuna yoluxan milyonlarla insanın müalicə olunma dərdinən qurtulacağı ilə bağlı önəmli açıqlama yayıb. Açıqlamada bildirilir ki, insanların həyatını xilas etməyə hesablanmış test və müalicə imkanlarının təkmilləşdirilməsi üçün sağlıq qurumlarının hərəkətə keçməyi olduqca vacibdir.

Açıqlamada bir başqa vacib nüans isə, BMT-nin qəbul etdiyi "Davamlı inkişaf hədəfləri” konsepsiyası çərivəsində, 2030-cu ilə qədər hepatitin aradan qalxması üçün çalışmaların başladılmasıdır.

Hepatit virüsü DSÖ ile ilgili görsel sonucu
ÜST-nin bir digər araşdırmasına görə, Qərbi Pasifik bölgəsi Hepatit B virusunun ən çox yayıldığı bölgədir. Bu bölgədə yerləşən ölkələrdə insanların 6.2 faizi hepatit B virusundan əziyyət çəkir. Afrika isə, 6.1 faizlə ikinci sırada qərarlaşır.

Bundan başqa, Aralıq Dənizinin şərq hissəsidə əhalinin 3.3 faizi, Cənub-Şərqi Asiya ölkələrində 2, Avropa əhalisinin 1.6 faizi bu xəstəlikdən əziyyət çəkir. Amerika qitəsinin əhalisinin isə 0.7 fazi Hepatit B virusuna yoluxub. Hepatit C virusunun isə, ən çox Aralıq Dənizinin şərq hissəsi və Avropada yayıldğı bildirilir.


Hepatit A virusuna yoluxma faizinin gigyenik cəhətdən geridə qalmış ölkələrdə yüksək olduğu da qeyd edilir. Gəlirləri az olan ölkələrdə uşaqların 90 faizində 10 yaşından əvvəl Hepatit A virusu aşkar edilib.

Defektif xüsusiyyətinə malik olan Hepatit D virusu isə, təkbaşına infeksion xarakterə malik deyil. Bu virus törəyə bilmək üçün Hepatit B virusuna ehtiyyac duyur. Bu səbəblə də, Hepatit D virusu sadəcə hepatit B infeksiyası olan insanlarda xəstəliyə yol aça bilir.

Vəhşi və ev heyvanlarında da görülə bilən Hepatit E isə, hamilə qadınlar üçün olduqca təhlükəlidir. Bu virus həmin insanlarda ölümə səbəb ola bilər.(musavat.com)