adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2019 13:13
7787
GÜNDƏM
A- A+

“Elə bil ürəyimin yarısı yoxdu...” - Şəhidimizin əkiz qardaşı…

Bu gün Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı gizirimiz Dəmirli Hüseyn Zeynal oğlunun doğum günüdür. H.Dəmirli 1993-cü il avqustun 4-də Biləsuvar rayonunda anadan olub.

Şəhidimizin əkiz qardaşı Kamran Dəmirli Moderator.az-a açıqlamasında qardaşsız çəkdiyi ağrılardan danışıb:

"Hüseyn əkiz qardaşımdı, birinci o, sonra isə mən dünyaya gəlmişəm. Bu gün doğum günüylə bağlı İcra hakimiyyətindən, Gənclər evindən və Hərbi Komissarlıqdan adamlar gəlib. Bir var qardaşını, bir də var əkiz qardaşını itirəsən. Əkiz qardaşın yoxdursa, elə bir ürəyinin yarısı gedib. Ürəyimizi ovutmağa çalışırıq, amma onun yerini heç nə ala bilməz. Ata-anama görə çalışıram ki, möhkəm olum ki, onlar mənlə təskinlik tapsınlar. Amma həmişə içimdə ağlayıram”.

Qeyd edək ki, Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.