viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azercell-dən yeni 4G MiFi kampaniyası Adalet.az | Azercell-dən yeni 4G MiFi kampaniyası Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-dən yeni 4G MiFi kampaniyası

2595    |   2019-08-03 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lider mobil operatordan 4G MiFi cihazı alana Limitsiz internet və Mobil TV hədiyyə

Rəqəmsallığı gündəlik iş proseslərində və düşüncə tərzində əks etdirən Azercell Telekom bu yeni konsepsiyadan irəli gələrək abunəçiləri üçün müasir texnologiyanı daha əlçatan edir. Şirkətin elan etdiyi yeni kampaniyası çərçivəsində abunəçilərə həm 4G MiFi cihaz, həm də Limitsiz internet paketi ilə birlikdə 200 TV kanala pulsuz çıxış imkanı təqdim olunur.

Kampaniyaya qoşulan abunəçilərə cəmi 99 AZN müqabilində yeni 4G MiFi cihazı ilə yanaşı, 1 ay pulsuz Limitsiz İnternet və 1 ay ərzində Telekom TV-yə pulsuz abunəlik təqdim olunur. Bu təklif abunəçilərə həm yüksək sürətli internetdən dayanmadan istifadə etmək, həm istədikləri TV verilişləri, film və videoları doyunca izləmək imkanı verir.

Qeyd edək ki, 4G MiFi cihazından istifadə edərək eyni anda 10 istifadəçi 150 mb/s-dək internet sürətindən yararlana bilər. Mobil TV xidmətindən pulsuz faydalanmaq üçün App Store və ya Google Play-dən "Telekom TV” adlı mobil tətbiq yükləmək kifayətdir.

Yeni 4G MiFi kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in istənilən satış nöqtəsinə müraciət edə bilər.

Azercell Telekom abunəçilərini bu sərfəli paketə qoşulub rəqəmsal dünyanın yeni imkanlarından zövq almağa dəvət edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

“Kaspersky Lab” : Cinayətkarlar spamları nüfuzlu şirkətlərin saytlarından yayırlar

Ordumuzda olan Xorvatiya istehsalı MƏRMİATAN snayper silahı

Ordumuzda olan İsrail istehsallı PUA nümayiş olundu - Düşmənin onu vurması qeyri-mümkündür

İstedadların rəqəmsal sponsoru Azercell Olimpiadanın qaliblərini mükafatlandırıb

Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib

Türkiyə uçan avtomobillər istehsal edəcək

Azərbaycan internet sürətinə görə geriləyib? - Nazirlikdən cavab

Azercell-dən yeni 4G MiFi kampaniyası

"İnstaqram"ın işində problemlər yaranıb

Azercell-dən yeni 4G MiFi kampaniyası

Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin!

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb - - FOTO

SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK