adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Avqust 2019 17:40
20625
DÜNYA
A- A+

“Skripal işi”nə görə Rusiyaya qarşı yeni sanksiya gəlir

ABŞ "Skripal işi”nə görə Rusiyaya qarşı sanksiyaların ikinci paketinə start verir.

"RİA Novosti” xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı yüksək vəzifəli şəxs bildirib.

Bu,Rusiyanın rəsmiVaşinqtonun çağırışlarına zəmanət verməməsi ilə əlaqələndirilib.

Qeyd edək ki, Skripallara görə, sanksiyaların birinci paketi 2018-ci ilin 27 avqustundan işə düşüb.

Xatırladaq ki, 2018-ci ilin martın 4-də Britaniyanın Ultşir Qraflığında yerləşən Solsberi şəhərində Britaniyanın xeyrinə casusluq etmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin ("QRU”) eks polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal səhər saatlarında parkda huşsuz vəziyyətdə tapılıb. Daha sonra onların zəhərləndiyi məlum olub və zərərçəkmişlər koma vəziyyətində reanimasiyaya aparılıb.

Hər iki şəxsin hazırda sağ olduğu bildirilir.(oxu.az)