adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Avqust 2019 17:28
18210
İDMAN
A- A+

“Qarabağ”da növbəti itki – zədəsi ciddidir

"Qarabağ” ciddi itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə, Çempionlar Liqasının "Dundalk”a qarşı Bakıda keçirilən cavab oyununda (3:0) zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalan Filip Ozobiçin zədəsinin ciddi olduğu müəyyənləşib.

Klubun mətbut xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, bu gün tibbi müayinədən sonra xorvat futbolçunun dizətrafında sümük qırığı aşkarlıanıb: "Onun əməliyyat ediləcəyi istina deyil. Həkimlərin məşvərətindən sonra onun konkret hansı müddətə yaşıl meydana dönəcəyi müəyyənləşəcək”.

Beləliklə, Ozobiç, eləcə də digər zədəli Bədavi Hüseynov APOEL-lə avqustun 6-sı Kiprdə keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu buraxmalı olacaq. "Dundaik”la matçda zədələnən Miçel və Maksim Medvedyevin isə həmin görüşdə meydana çıxacağı ehtimal edilir.