adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Avqust 2019 17:15
19674
İDMAN
A- A+

“Neftçi”nin Avroliqadakı oyununa hakim təyinatı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının təyinatları açıqlanıb.

Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kərim Abedə Hiçam Zakrani və Mikael Berçebru kömək edəcək. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.

"Bakcell Arena”da keçirləcək qarşılaşma avqustun 8-i saat 21:00-da başlanacaq.