adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Avqust 2019 16:44
138933
MÜSAHİBƏ
A- A+

İnsan dünya planetini özü ilə yüksəldə bilər

AYİŞƏ NƏBİ: Yenə də söz dönüb dolaşıb Həllacın üstünə gəlir.Həllacın təbiət üzərindəki hakimliyi doğrumu?Məsələn, qeybdən halva, həbsxanada ikən əllərinin zəncirinin çözülməsi, həbsxananın qapılarının öz-özünə açılması,yemədən içmədən günlərlə yaşaya bilməsi və s.bunların onun kəraməti olduğunu söylərlər.Buna çağdaş insan mövhumat deyir, insanın maddi bədəndən kənarda fəaliyyət göstərə biləcəyinə inanmazlar.Amma məsələn, Xorasan ərənlərinin tayyi- məkan olmaları, təsəvvüfçü şair Mir Həmzə Seyid Nigarinin vəsiyyəti üzrə cənazəsini yayın od tökən qızmarında 13 gün yol gedib Amasiyada dəfn olunarkən heç bir dəyişikliyə uğramadığı gerçəyi. Bu barədə daha bir çox misal gətirə bilərəm.Amma buna mövhumat demərəm.Hürufilərin, eləcə də Nəsiminin də dediyi kimi "insan öz içində elə bir ilahi ünsür daşıyır ki, o bu ünsürü gəlişdirərək Allaha çata, vara bilər.” Mən bu iddiaya inanıram , əslində bunun sadəcə bir iddia olduğunu zənn etmirəm, bu onun və digər bu Yolun yolçularının birbaşa yaşadıqları gerçəklikdir.İnsanın təbiət üzərindəki təsirinin mən də dəfələrlə şahidi oldum.Məsələn, kənddə uşaqlığımda həmişə görürdüm ki, uzun müddət quraqlıq olanda mənim babam-zamanının irəlidə gedənlərindən olan şair Molla Nəbi Talibin məzarından bir ovuc topraq alıb onu axar suya tökərkən bir saata qalmaz yağış yağardı.Mən insanla təbiət, insanla ilahi arasındakı o incə, həssas bağı görür kimiyəm, bəzən röya deyil, gerçəkdən görür kimi oluram, gözlərimi yumduğumda isə o ağın içində tapıram özümü.Bu yaşanması nə qədər çətindirsə, dilə gətirilməsi daha da çətin olan bir olaydır.Mən bunu sözə çevirəmmirəm, bəs siz insanın təbiət üzərindəki təsirini anlada bilərsinizmi?

Kövsər Yaşıldaş: Mən də kitablarımda Vəlilərimizin yaşam hekayələrindən bəhs edərkən, onların qeyri adi olaylar yaşamasından, qeyri-adi güclərindən, heyrət oyandıran bəzı möcüzələrindən qısaca bəhs etdim. Fəqət bunların səbəblərindən heç söz açmadım. Bunları necə gerçəkliyə çevirdiklərinə dair heç ip ucları axtarmadım. Bu mövzulara toxunmağımın tək bir səbəbi vardı: Vəlilərin fəlsəfi düşüncələrinə daha önəm vermək və söylədiklərindəki içsəl gizli sirlərin üstünü açaraq izah edə bilməkdi.

İnsanoğlu bu rəvayətlərin gerçək məqsədini bilmək, anlamaq istəyir. Hətta bunların gerçəkdə olub olmadığına dair qəti sübutlar da istəyir. Biz keçmişdə yaşanmış möcüzələri oxuyur və maraqlanırıq.Gerçəkdən yaşanıb yaşanmadığına dair əlimizdə dəlil sübut olmadığını da bilirik.Ağızdan ağıza gələn bəzi söyləntilər, anlatmalar, şahid olanların dedikləri qədərini bilirik.

Qudsal kitablarda da bu cür möcüzəvi olaylara geniş yer verilmiş və ayətlərdə də söylənmişdir. Biz yaşanmış möcüzələrə görmədən inanırıq,onların "necə olduğuna” dair isə sual vermirik.

Necə sualına cavab verə biləcək bir çox nəzəriyyələr, fərziyyələr, abstrakt fikirləri bizə bəlkə Elm təqdim edə, hətta dəqiq tapıntılar ilə də çatdıra bilər.

Günümüzdə qeri-adi qabiliyyətləri olan çox insan var. Güclərini və qabiliyyətlərini üzə çıxarır, göstərilər hazırlayır, elm adamları tərəfindən çox dəqiq araşdırılıb nəzərdə saxlanılır.

Bu qeyri-adi qabiliyyətlər barədə yüzlərlə kitab yazılır, örnəklər göstərilir, elmi çalışmalar aparılır . Laboratoriya çalışmaları, tibbi təcrübə araşdırmaları da toplumun anlayacağı səviyyədə təqdim edilir. Konfranslar keçirilir, çalışmalardan nümunələr veriliərək bir çox insanın şahid ola biləcəyi göstərilər də həyata keçirlir.

Bu qədər çalışmaya rəğmən, hələlik ağlımıza yatan, bizi bilgi səviyyəsində razı salan dəqiq bir fikrə varılmadığını da bilirik.


İnsan varlığını anlamaq çok çətindir. Çünki anlamaq üçün insanlığın əlində yetərli dərəcədə material yoxdur. Fəlsəfə, tibb, din, bilim, teologiya kimi bir çox sahə insanı fərqli baxış bucağından araşdırılsa da, hələlik dəqiq va aydın bilgi əldə edilməmişdir. Hər mövzuda nə qədər irəliləsək də, bir çox sualın cavabı hələ tapılmayıb. Biz kainatı araşdırır, başqa planetlər haqqında bilgi toplayırıq, fəqət öz dünyamızın yer altında nələr olduğunu bilmirik. Okean dərinlikləri haqqında gerçək bilgilərə əlimiz çatmır. Hələ ki, tam bilgisinə vara bildiyimiz, açıqlamaq üçün yetərli bilgilər əldə etdiyimiz çox az şey var. O az şey də texnologiya irəlilədikcə, anlayışlar dəyişdikcə dəyişir.

Yəni, dünya, təbiət, insan, evrən, ruh, möcüzəli olaylar və varlıq haqqında əlimizdə yetərli bilgi yoxdur. Artıq yetərli bilgi aramaqdan əl çəkməyimiz gərəkdiyini də düşünürük. Çünki yetərli bilgi heç bir zaman olmayacaq. Gəlişən, dəyişənlə birgə bilgilərin də dəyişimə uğrayan olacağını bilməliyik.

Hər arxeoloji qazıntıda yeni bir tapıntıya rast gələndə tarix yenidən yazılır. Hər yeni bilimsəl tapıntıya imza atıldığında bilimsəl çalışmaların yönü dəyişir, fərqliləşir. Hər yeni planet kəşf edildiyində, kosmos və kainat haqqında yeni bilgilər əldə edirik və əski qəti fiziki bilgilərin dəyişdiyini görürük. İnsan idrakı və anlayışı gəlişdikcə, fəlsəfi mövzuların məzmunu da dəyişir. Hələ ki, ölüm haqqında belə yetərli bilgiyə sahib deyilik. Bu kimi cümlələri daha da artırmaq mümkündür.

AYİŞƏ NƏBİ:Hər dəfə tarix yenidən yazılsa da, fizika qanunları dəyişsə də Əbədi dəyişməz olan, adına Tanrı zərrəciyi dediyimiz varlıq, əşyaya və varlığa gücü və varlıq səbəbini bəxş edən öz-mahiyyət olduğu yerində durur.Varlığın titrəşimi də onun gücündəndir.O sonsuz bölünmənin yoxluq dövrəsinə girər, idrakımız və gözümüz ekspansiya ilə doymuşkən onu gözümüz almaz, tanrı zərrəciyini görmədiyimiz üçün unuduruq.Beləcə, insan varlığını anlamaq qəlizləşir və anlama yolundan sapır.Hər şeydə sübut axtarırıq, amma məhdud idrakımızın göz önündə olan sübutları dərk etmədiyini qəbul etmirik.Əslində, hər şey gözümüzün qabağındadır.

KÖVSƏR YAŞILDAŞ: Hər şey dəyişməkdədir. Durmadan dəyşmədə, gəlişmədə və çevrilmədə olan bir evrəndə bəzi şeyləri dəqiq dəlilləri ilə açıqlamaq mümkün olmur. Biz dünya insanları olaraq "gerçək”lərə çata bilərik. Fəqət bu gerçəklərin "Həqiqət”ləri ilə hələlik tanış deylik. Bizim "gerçək” ilə "Həqiqət” qavramlarını yaxşı anlamamız və bu iki qavramı ayırd etməmiz gərəkdir. Hər çatdığımız gerçək Həqiqət olmaya bilər. Gerçək qavramı dəyişə bilər, gəlişə bilər, dönüşə-çevrilə bilər. Həqiqət isə cövhər və özdür. Dəyişməz və konkretdir. Həqiqət, yansımalar edərək, Gerçəklik görkəminə bürünür. Öz olan Həqiqət qavramı sonsuz dəfə yansımalar edərək, Gerçəklik qavramına bürünürək, dəyişimdə olduğunu ifadə edər. O da var ki, milyonlarla olduğu müəyyən edilən, varılan Gerçəklik Həqiqətin özü olmayacaqdır!

AYİŞƏ NƏBİ:Gerçəklik bizim bildiyimiz, varlığının maddi sübutu olan, zaman və məkana bağlı ekspansiyalardır.Həqiqət isə maddi varlığın içində olan, onu diri və yaşar halda saxlayan ölməz-itməz, bitməz-tükənməz varlığı mütləq olan nəsnədir-candır.Bir növ cismindəki candır.Cisim və can.Hər maddi formanın içində ona məna qazandıran mahiyyət-öz adlanan Həqiqət-Mütləq vardır.Belə ki, gerçəkliklə Həqiqət görünürdə eyni ola bilər, amma Həqiqətsiz gerçəklik mümkün deyil, gerçəkliyin mahiyyətində də Həqiqət durur.Həqiqət iç, gerçəklik isə qabıq misalındadır.

KÖVSƏR YAŞILDAŞ:Sualınızın cavabına gəlincə: Təbiətin insan üzərində təsiri qədər, insanın da təbiət üzərində təsiri var. Bunu bilinçli, ya da bilinçli olmayan bir hal ilə edə bilər.

Bilinçli olmayan halı bir az açsaq , insanların şüurlarında meydana gələn bənzər "istək və arzu”ların toplam yekununa istinad edəcək şəkildə təbiət üzərində təsirli ola bilər. Bunu meydana gətirən, o insanların ehtiyaclarının ortaq nöqtələridir. Ortaq nöqtələrin çoxluğu, təbiət olaylarının meydana gəlişinə bir "hərəkət” qazandıra bilər. Bilim bunu qısaca belə açıqlayır. Əgər bir yerdə özbaşınalıq, nizamsızlıq varsa, o an başqa bir yerdə bir düzən meydana gəlir. Və tarazlıq qorunur. Nizamsızlığın baş verdiyi yerdə insanların hirsləri, nəfsani hərəkətləri qaba titrəşimlərin ən yüksək həddinə çatmışdırsa mütləq təbiətin tarazlığı pozulmağa başlamışdır. Təbiət də öz qanunlarını həyata keçirəcəkdir. Tarazlığı qorumaq üçün bu nəfsi və negativ düşüncə enerjilərini nizama salmaq və aradan qaldırmaq üçün özünü yeniləyəcəkdir. Qeyri adi və ard-arda olan, arxasınca gələn təbiət olayları gerçəkləşdiyində insanlar bunu cəza olaraq dəyərləndirir. Qısaca: təbiət, özünü yenilərkən, üzərində olan insanlar bunu bir "cəza” kimi anlaya bilır. Əslində bu bir cəza deyil, Təbiətin təzələnməsidir. Neqativ enerjiləri yox etmək üçün etdiyi cəhddir. Bundan kənarda, Təbiət olayları varlıqlar üçün bir cəza deyil, əslində bir mükafatdır. Çünki bu, yaşamın davam etməsini təmin edən bir ərdəmdir. Ən başda da Küləklər, Buludlar, Okeanlar, Çöl qumları, Polenler kimi. Onlar olmasaydı, dünyada eko sistem yox olardı.Toz qoparıb sovururlar, əsib bir yerdən bir yerə daşınırlar, incələyərlər, davamlılığı təmin edərlər. Ağır yük daşıyan buludlar ki, onlar tonlarla ağırlıqda olan su buxarı sayəsində göy üzündə havadan ağır olduqları halda eləcə dura bilirlər. Onlar ardıcıllığı təmin edən ən önəmli təbiət olaylarıdır. Külək və bulud olmadan, həyatın ardıcıllığı təmin oluna bilməz. Yazın xəbərçisi qışda yağan qardır. Buzlaqların yaranmasına səbəb olan Çöl fırtınaları ilə daşınan çöl qumlarıdır. Bütün bu baş verən təbiət olayları insanlar üçün bir mükafat olaraq qəbul edilməlidir..

Gələk sizin sualınızdakı əsil önəmli nöqtəyə: Təbiətə bilinçli olaraq edilən müdaxilələr. Burada diqqət edilməsi gərəkən ən önəmli nöqtə, insanın təbiət üzərindəki təsiri "hansı məqsədə” xidmət edir? İnsan-lar, bunu edərkən hansı niyyət və planı həyata keçirmək üçün edir? Sonda nə əldə ediləcək? İnsanlığın xeyirinəmi, yoxsa fəlakətinəmi səbəb olunacaq? Fəlakətə səbəb olacaq ssenariyalar hər gün minlərlə fikir ilə ortaya atılır. İçində qondarma fantaziya düşüncələrmi, yoxsa gerçəklikmi var, bunu da bilmirik.

Siz hələ uşaq ikən yaşadığınız, açıqlana bilməyən qeyri adi olayları örnək verdiniz. Hər kəs yaşadığı, buna bənzər qeyir təbii-adi olaylara şahid olmuşdur. Mən də yaşayıram. Bilimsəl düşüncə tərzinə sahib bir insanam və açıqlana bilməyən şeylər yaşayıram. Bunların hər birini nə qədər açıqlarsaq da Gerçəklik ölçüsündən o yana geçə bilmərik. Hələ ki, Həqiqətini bilmədiyimiz çox şey var. Açıqlanmasını gözləyən həddən çox olay var. Səbəblər ortadadır. Necələrə çatdıq. Fəqət bu niyə və necə suallarının hansı məqsədə xidmət etdiyinə dair Həqiqətlərə çata bilmədik.

Dünya, insanların suallarına cavab verən bilgiləri vermir. Qapalı bir qutudur sanki! Niyə qapalı bir qutu olduğunu da bilmirik. Günəş hər gün doğur, dünyanı və yer üzərində yaşayan varlıqları aydınladır. Fəqət suallarımızın cavapları heç cür aydınlanmır. Suallarımızın cavabları, ancaq Gerçəklik təşkil edir. Bəlkə də xüsusiyyətli və keyfiyyətli suallar verdiyimizdə, cavabların da Həqiqətlərinə vara biləcəyik. Sual vermək bir qabiliyyətdir. Bir insanın ərdəmi, verdiyi sualda gizlidir. Çünki cavablar hər yerdədir. Sual bir maqnit kimidir. Titrəşimi nə kədər yüksəlirsə, həqiqətli cavablar o dərəcədə meydana çıxacaq və Həqiqət cavablarını çəkə biləcək. Bəlkə idraklarımız və anlayışlarımız gəlişdikcə verdiyimiz sualların da keyfiyyəti yüksələcək və aradığımız cavabların Həqiqətlərinə vara biləcəyik.

Son olaraq bunu söyləmək istərim ki, Dünya, titrəşimi olan bir varlıqdır. Dünyanın titrəşimini yuxarı, ya da aşağı çəkən də yenə üstündə yaşayan varlıqlardır. Bu varlıqların ən önəmlisi insandır. Çünki şüurludur. Bitkinin və ya heyvanın olduğu mövqeyin dəyişməsi mümkün deyil. Amma insanda dəyişə bilmə qabiliyyəti var, dönüşə bilmə var. İnsan dünya planetini özü ilə bərabər yüksəldə bilər. Bərabər yüksələcək. Bunun üçün haqqediş çox önəmlidir. İnsanların ortalaması çox önəmlidir! Qavrayışlarındakı ortalama dəyərdir bu. Sanıram ki, yavaş-yavaş çatacağız. Siz necə bilirsiniz, Ayişə hanım?

AYİŞƏ NƏBİ:Biz bu dəyişimin içindəyik, bu dəyişimin özüyük.Eləcə də bu qavrayışın həm içindəyik, həm də özüyük.İnsan da planetdir.İnsanla planetin Əsli-Həqiqəti eynidir.Hər ikisində dəyişməzlik var və hər ikisi anbaan dəyişir.Doğru dediniz ki, insan titrəşimi olan varlıqdır.Bütün varlıqlar titrəşimlidir, amma insanın titrəşimi aktivdir, məsələn, daşın titrəşimi passivdir.Aktiv titrəşim təbiətin titirəşimi ilə eyni dalğaya düşəndə ahəngdarlıq alınır və güclü tərəf zəif tərəfə üstün gəlir.

Eləcə də təbiətlə insan eyni dalğanı tutanda insan təbiətə təsir edir.Bu ərənlərdə olduğu kimi iman gücü ilə də olur, mistiklərdəki şüur gücü, ya şamanlardakı kimi fərqli səs və atributlarla olur.Ancaq Qurandakı "İnsan zəif yaradılmışdır” cümləsinə görə biz özümüzü çox şeydən məhrum etsək də, o bizi məhdudlaşdırmaq üçün deyil, sadəcə İlahi ilə müqayisədə zəifliyimzi üzümüzə vurur.Çünki ledün elmini bilmrik.Bildiyimiz sadəcə imandan sonra rəhmani əsintilərdir ki, bunu da hələ elmə çevirə bilməmişik.Elm isə addım addım gedir.Dəyişimləri sindirməlidir insan.Yoxsa Tur dağı kimi paralanar.Amma insan olaraq Turu paralayan o gücü hiss edir və bilirik.Mən insanın gücünə inanıram.

Davamı var.