hacklink Adalet.az | Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib Adalet.az | Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib

5193    |   2019-08-02 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, 12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə keçirilir.

Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə orqanında olmaqla elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) 42 vəzifə isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliklərinin Aparatlarında şöbə müdiri vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 15, Dövlət Statistika Komitəsində 5, Gəncə Hərbi Məhkəməsində 1, Maliyyə Nazirliyində 3, Milli Arxiv İdarəsində 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 5, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2, Şəki Apelyasiya Məhkəməsində 10, Təhsil Nazirliyində 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 6 vəzifə olmaqla 65 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə avqustun 2-dən sentyabrın 2-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO