adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Avqust 2019 12:14
11694
SAĞLAMLIQ
A- A+

“Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib

Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 02 avqust 2019-cu ildə Qusarda "Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir həyata keçirib. 

Tədbiri giriş sözü iıə açan təşkilatın sədr müavini Kənan Qubadzadə bildirdi ki, layihənin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimləinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır. 

Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılmışdır. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir. 

Layihənin davamlılığı və iştirakçıların əlaqələndirilməsi üçün layihənin elektron (virtual) səhifəsinin yaradilması qərara alındı.