Nərimanovda 4 otaqlı evdə yanğın baş verib
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan 4 otaqlı evin 1 otağında çarpayı və yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yüksək temperaturdan otağın plastikdən ibarət pəncərələri və digər otaqda kondisioner əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.