hacklink Adalet.az | Bakıda avtobusla minik maşını toqquşdu: 1 ölü, 2 yaralı Adalet.az | Bakıda avtobusla minik maşını toqquşdu: 1 ölü, 2 yaralı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Bakıda avtobusla minik maşını toqquşdu: 1 ölü, 2 yaralı

2097    |   2019-08-02 13:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabunçu rayonu, Rüstəmov küçəsi-86 ünvanında avtobusla minik maşını toqquşub.

Hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov yaralıların 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildiyini və vəziyyətlərinin orta-ağır olduğunu bildirib.

Bakı Nəqliyyat Agentliyi (BNA) də baş vermiş qəza ilə bağlı məlumat paylaşıb.

Bildirilib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən "Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək, əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb:

"Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən "Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək, əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Belə ki, Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan 99 XJ 582 nömrəli avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır”.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO