Əbülfət MƏDƏTOĞLU: Yolüstü düşüncələr

ƏBÜLFƏT MƏDƏTOĞLU
43106 | 2019-08-04 10:16

Mən zaman-zamanyazılarımın əksəriyyətində xalqdan gələn deyimlərə, inanclara, hətta atalarsözlərinə belə çox böyük önəm vermişəm. Onlardan yerində istifadəyə məqamındayararlanmağa çalışmışam və bunu da özümə mən bir mənəvi, əxlaqi bir borcsaymışam, həm də bu mənim üçün bir stimul olubdu. Bilmirəm, bu qənaətimdə nə qədərhaqlıyam, amma bildiyim bir məqam var ki, o da yazdıqlarımın hamısını nöqtə-vergülünəqədər ürəyimdən qidalanmasıdı. Yəni mən ürəyimin dediklərini yazmışam. Elə indidə onları yazıram...

Necə, nə cüralınmasından asılı olmayaraq, varını verən utanmaz, deyiblər. Mən də elə ürəyiminnə dediyini, nə cür dediyini və nə üçün dediyini ələkdən-xəlbirdən keçirmədən rəndəsiz,ütüsüz sözə çevirirəm...

Doğrudur, birmənalı şəkildəqəbul etmişəm ki, yazdıqlarımın, dediklərimin hardasa beşdə biri həyata vəsiqəqazanır, oxucusunu tapır, kimlərinsə ürəyinin qapısını döyür. Qalanları isə...

Bəli, son vaxtlar nədənsəköhnə bir meyxananın bir bəndi tez-tez yaddaşımda səslənir. Bilmirəm, bunun səbəbinədi? Amma gerçək olan budu ki, səslənən həmin bənd hardasa mənim yazmaq istədiklərimində ipucudu. Bax, həmin o ipucu olan bənddə deyilir ki:

Gedən gedib, yerdəqalan da gedəcək

Qorxma, bizi dərdə salan da gedəcək.

Hə, bu gerçək bir həqiqətdi. Heç kim durduğu, oturduğu yerdə qala bilmədiyikimi, heç tutduğu mövqedə də zaman-zaman qala bilmir. Fironlardan tutmuşbugünkü krallara, şahzadələrə qədər hər kəsin bir missiya dövrü var. Əsas odurki, həmin o zaman kəsiyini ətrafındakılara, yanında, canında olanlara sevdirəbiləsən. Sənli-sənsiz onlar sənin sevdirdiyin zamanı təkrar yaşamağı təkcəarzulamasınlar, həm də onu məqsədə, amala çevirsinlər!..

Bilmirəm, söylədiyim bu fikir sizi razı saldı, yoxsa yox, amma həqiqətənyaşadığın, idarə etdiyin məqamın davamlı olmasını, tarixləşməsini, onu şirinbir yuxu kimi hər kəsin gündəlik arzusuna haqq edən belə tək-tək şəxsiyyətlərvar və bu gün də elə onlar tək-təkdi... Mən isə...

Bir az yazıya qarmaqarışıq fikirlərlə başladım. Müxtəlif səmtlərinsularını bir məcraya yönəltməyə çalışdım. Amma deyəsən alınmadı. Ona görə də elədüşündüyüm kimi, öz-özümə danışdığım kimi yazmağa qərar verdim. Əks halda buyazdığımı bəlkə də kimsə oxumayacaq. Mən isə oxunmaq üçün yazıram. Deməli, eləyazmalıyam ki, siz də oxuyasınız və biləsiniz ki, həyatın bütün gerçəkliklərinibir müstəvidə, lap elə bir verilişin bir kadrında görmək daha uyğundu, nəinkionu səpələnmiş formada, özü də az qala düyü kimi bir-bir seçib toplamaqla görmək.Bu cümlə də qəliz oldu. Amma gerçəyin ifadəsidi. Belə ki, çılpaq həqiqət nə qədəracı olsa da, onu məqamında, yerində görmək azı beş il, on il yalanlarla yaşayıbyalanların qurbanına çevrilməkdən daha gözəldi, daha mənalıdı. Bax, mən dəoturub fikirləşirəm ki, ətrafımda baş verənlər, mənim qaynayıb-qarışdığım vəyaxud çəkilib kənardan seyr etdiklərim niyə bu qədər şablondu? Niyə bu qədəreynilik ifadə edir? Niyə bu qədər yorucu və mənasızdı? Ümumiyyətlə, bu az qalainkubator cücələri kimi bir-birini təkrarlayan, bir-birini ifadə edən oxşarlıqnəyə gərəkdi? Bu hansı ümidi doğruldur? Bu hansı ehtiyacı aradan qaldırır? Deyəsənsuallar bir-birinə çalandı. Mən də bu bir-birinə calanan sualları ay qaranlıqgecədə göy üzünə ünvanlayıram. Ordan cavab gözləyirəm. Cavab əvəzinə bumisraları eşidirəm:

İndiki

durumumda

nədənsə

daha çox

"gecə uzun olaydı"

dolaşır ağlımda...

və mən

bir

ürək əməliyyatının

yolunu

gözlədiyimi

bildiyimdən

bu gecənin

axırında -

elə kövrək

pıçıltılara,

mahnılara,

bir də xatirələrə

qapı-pəncərə

açıb

ulduzları

görürəm!..

özü də hamıdan

hər kəsdən

yaxınımda...

***

İnsan o yerdə dəyərli, urvatlı olur ki, onu arzulayırlar, gözləyirlər,onun gəlişinə, onun varlığına sevinirlər. Yəniolduğun yer səni sıxmır. Əhatəsində olduqların səndən usanmır, səndən bezmir. Həttaolduğun yerdə hansısa bahalı bir əşyanı salıb sındırsan da...bir dəyərli nəsnənisəgörməyib keçsən də... o yerin ən böyük adamına salam verməyi unutsan da...

Bax, belə məqamda, beləyerdə sən rahatlığın, anlayışın, ən vacibi isə insanlığın nə demək olduğunuyaddaşına köçürürsən, ondan ayrılmaq istəmirsən. Amma neyləmək olar ki, həmişəbelə olmur. Görünür, elə ona görə də deyiblər ki, "çağırıldığın yerə ar eləmə,çağırılmadığın yeri dar eləmə!". Bəli, bu bir gerçəkdi. Mən şəxsənzaman-zaman çağırılmadığım yerlərin nə qədər cansıxıcı olduğunu, nə qədər adamıyüklədiyini yaşamışam, görmüşəm. Hətta ordakı baxışların iynəsi, sancağı mənimbütün dünyamı alt-üst edibdi. Ancaq çağırıldığım yerdə gördüyüm diqqət,qarşılanmadan tutmuş məclisin sonuna qədər göstərilən qayğı, ümumiyyətlə ordakıaura məni təklənməkdən, sıxılmaqdan, təlaşlanmaqdan xilas edib, qoruyub. Həttaməclisin müəyyən vaxtında özümü bir yerdə arzulanan, aranıb-axtaran birisi kimigörmüşəm. Doğrudu, burda da təbii ki, müəyyən çalarlar olub. Amma ona bəzən məhəlqoymadan, fikir vermədən keçmək faciə yaratmır.

Təəssüf ki, mən həyatımboyu kimi daha çox istəmişəm, kimə daha çox könül açmışam, kimin yanında olmağaçalışmışam həmişə ondan "tərs şillə" payımı almışam, onların tərəfindənincidilmişəm, onların gözündə günahkar olmuşam. Bəzən deyirlər ki, olanlar, başverənlər mütləq nəyəsə söykənir, nədənsə qaynaqlanır. Mən bunu normal fikirkimi qarşılasam da, amma bu günümüzün bir gerçəyini də deməyə, yazmaya bilmirəm.O da bundan ibarətdir ki, yükləndiyimiz qayğılar, içərisində olduğumuz stresslərözü də həmin o əvvəldə söylədiyim nüanslara bir növü yaşıl işıq yandırır. Tək-tək,xüsusilə ağıllı adamlar belə məqamda, belə yerdə hərəktələri ilə, söz-söhbətləriilə haqlı çıxırlar. Deməli, yenə bütün məsələnin mahiyyəti insanın özündə ifadəsinitapır. Yəni, arzulanan insan olmaq və həmin o daxili arzu fonunda təkcə görünməkyox, həm də yaşamaq müəyyən mənada əsəblərə su səpir, yola yaşıl işıqyandırır...

Bəli, bir ifadə var.Daha çox diplomatik anlamda özünü büruzə verir, istifadə olunur. Yəqin siz dəbunu bilirsiniz. O ifadə belədir:

- Persona non grata!

Yəni arzuolunmaz şəxs. Bax, həyatın mənim düşüncəmdə ən böyük sualı və ənböyük problemi, faciəsi də arzuolunmaz olmaqdı. Yəni çağırılmadığın məclisə getmək,dəvət olunmadığın yerdə tək səbir kimi özünü göstərmək və sair. Mən bunlardanqoruna-qoruna bu günə gəlib çıxdım. Amma tam səmimiyyətimlə etiraf edim ki, buyol uzunu çox "mənlərdən", çox şərhi mümkünsüz olan durumlardankeçdim. Təbii ki, bu da stresə, sağlamlığa yönələn zərbələr oldu. Neyləməkolar? Görünür, biz təkcə bəzi canlılar kimi özümüzü qorumaq yox, həm də ətrafımızıqorumaq missiyasına imza atmışıq. Yəni, boynumuzda belə bir yük var. Təəssüfki, bunu çox vaxt hamımız görmürük və yaxud gördüklərimizin hamısını anlayıbqiymətləndirə bilmirik. Nəticədə də stresimiz də artır, içində olduğumuz məqamınxaosu da. Elə bu yerdəcə söylədiklərimin iynə ucu boyda işıq saldığı bir durumyadıma düşür. Mən o durumu misralara çevirmişəm.

Açılmayacaq, gülüm,

bir də dünənki səhər...

dan söküləcək,

düzdü -

günəş yenə doğacaq!..

amma

dünənki sevinc

dönüb,

yəni çevrilib.

olubsa bu gün qəhər

məni

gizli bir əl tək -

öz içimdə boğacaq!..

buna görə

üzülmə...

Bütün yazı boyu müxtəlif yanaşmalara söykənib ifadə etməyə çalışdığımfikrin əsas qayəsi insanın arzu olunan və yaxud olunmayan durumudu. Bu da səbəbsizdeyil. Təbii ki, mən bütün səbəbləri öncə hər kəsin özündə, öz əxlaqında,davranışında, həyat tərzində, dünyaya baxışında, xüsusilə adamlara münasibətindəgörüb, anlayıb, dəyərləndirməyə çalışmışam. Mən istəmişəm ki, özüm özümüolduğum kimi təqdim etməklə qarşı tərəfin münasibətini qazana bilim, nəyə layiqəmsəonu alım. Çox təəssüf ki, mənim bu sadə, amma ədalətli istəyim həmişə ya sətirtəpkilərlə qarşılanıb, ya da elə-belə loyal bir münasibətin səpdiyi su ilə yolaverilir. Təbii ki, bu da əksər hallarda dilə gətirməsəm də, içimdə çox tellərikəsib doğrayır...

Hə, biz bax o doğranan, kəsilən tellərin ağrısını, sızıltısını yaşayıbbaşa çıxmamış bir növü düşdüyümüz soyuq sudan çıxıb əynimizin islanmış geyiminidəyişməmiş başımıza hardansa yenə su ələnir, yenə daş tökülür. Çox qəribədirki, bu proses daha çox duyğusal adamların yaşantısına çevrilir. Elə bil ki,duyğusu, anlayışı olan insan məhz bu cür münasibət üçün yaradılıb və bu münasibətməhz onları qurbanlığa çevirir. Ona görə də təsir əks təsirə bərabərdir hikmətiadamı cəzbetmə dairəsindən vurub uzağa atır. Maqnitsahəsi bir növü yada, yabançıya çevrilir. Özün bilə-bilə uzaqlaşırsan. Hətta ürəyininistədiyi, könlünün arzuladığı yerə də, həyatının mənasını gördüyün ünvana da üztutmağa tərəddüd edirsən.

Bütün bunlar da yenədediyim kimi həmin o "olunub olunmamaqdan" qaynaqlanır. Mən də sonzamanlar yaşadığım, qarşılaşdığım və daha çılpaq şəkildə gördüyüm münasibətlərin,yanaşmaların fonunda özümə də, çevrəmə də diqqət yetirməyə çalışdım. İstədimki, həmin "olunub olunmamaq dilemmasından özümü xilas edim. Onda köməyiməqələmlə kağız çatdı. Və yazdım:

mən çıxıb gedəcəm -

bu gün,

ya sabah...

düşünüb sən bunu

qəmə çevirmə...

boş ver - getməyimi

unut,

danış,

gül

heç nəyi

kirpikdə

nəmə çevirmə...

mən çıxıb gedəcəm -

üzümdə ismət

kimsənin yerini

dar etməyəcəm.

bir də ki

yaşayıb

bu dərdlərimlə

mən sənə

özümü

yar etməyəcəm.

mən çıxıb gedəcəm -

səssiz-səmirsiz

bir sən biləcəksən,

bir də ki, Allah...

sən yanı boşalan -

qalacaq mənsiz -

ruhumu özünə

qatacaq Allah...

Hə, deyəsən kiminsə yerində otururam... Deyəsən kiminsə yerini dar edirəm...Deyəsən kiməsə yükə çevrilirəm... Amma bütün bu "deyəsən"lərin nədəninihələki bütün çılpaqlığı ilə anlaya bilmirəm. Ola bilsin ki, elə anlaya bilmədiyimüçün arzuolunmaza çevrilirəm. Bax, məni qorxudan da bu çevrilmədi...


TƏQVİM / ARXİV