adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Avqust 2019 14:09
10305
HADİSƏ
A- A+

Yevlaxda Kürdə batan gəncin meyiti tapılıb

Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində batan 1991-ci il təvəllüdlü Maqsudzadə Nəsib Maarif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, N.Maqsudzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.