adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Avqust 2019 14:02
5565
HADİSƏ
A- A+

AQTA Şabrandakı kütləvi qida zəhərlənməsi ilə bağlı araşdırmalara başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət araşdırma qrupu Şabranda baş verən kütləvi qida zəhərlənməsi ilə bağlı hadisə yerinə ezam olunub.

Bu barədə AQTA-dan məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, son iki gündə Şabran Rayon Mərkəzi xəstəxanasına 20 nəfərdən çox rayon sakini qida zəhərlənməsi diaqnozu ilə müraciət edib. İlkin ehtimala görə, həmin şəxslər doğum günü mərasimində yedikləri tortdan zəhərləniblər.